Tarix : 2012 Apr 09
Kod 29601

Ayətullah Nuri Həmədani: ''Azərbaycanın alim və ruhaniləri xalqı fəsad əleyhinə birləşdirsinlər''

Azərbaycanın ruhaniləri gərək özlərini şəhadətə hazır etsinlər və xalqı da bu yolda özləri ilə birləşdirsinlər
/Aran agentliyi

Ayətullah Nuri Həmədani Azərbaycan Respublikası müsəlmanlarının problemlərinə işarə edərək dedi: "Azərbaycanın ruhaniləri gərək özlərini şəhadətə hazır etsinlər və xalqı da bu yolda özləri ilə birləşdirsinlər".

AranNews - Mənbəmizin "Hövzə Xəbər Mərkəzi"nə istinadla verdiyi məlumata əsasən, şənbə günü günortadan qabaq Qum şəhərində təhsil alan bir sıra Azərbaycan Respublikasının tələbələri və Bafq rayonunun tələbələri ilə görüşən Ayətullah Nuri Həmədani deyib: "İslamda heç bir dəstənin vəzifəsi alimlərin vəzifəsi qədər ağır deyil. Əlbəttə, alimlər üçün nəzərdə tutulmuş mükafat da bütün təbəqələrin əcrindən çoxdur".

O vurğuladı: "Dini mərkəzlər və ruhaniyyət qərbin İslama qarşı olan mədəni və siyasi nüfuzunun sərhədlərini tanımalıdır. Əlbəttə, ruhaniyyət bu günə kimi öz vəzifəsinə düzgün əməl etmişdir. Geniş və ağır hücumlar qarşısında İslamın sabitliyi bu məsələyə şahiddir".

Təqlid mərcəsi daha sonra Azərbaycan Respublikası müsəlmanlarının problemlərinə işarə edərək dedi: "Azərbaycanın ruhaniləri gərək özlərini şəhadətə hazır etsinlər və xalqı da bu yolda özləri ilə birləşdirsinlər".

Ayətullah Nuri Həmədani İran İslam İnqilabının qələbəsini xalqın dəstəyinin və inqilabçıların şəhdətə hazır olmalarının nəticəsi adlandıraraq dedi: "Misir, Libiya, Tunis və s. kimi dövlətlər xalq dəstəyi əvəzinə Amerika kimi ölkələrdən himayə olduqları üçün devrildilər".

O artırdı: "Hökumətlər xalqa zülm etsələr və onların qanını töksələr, xalq daha dözməyəcək və nəticədə hakimiyyət süqut edəcək".

Ayətullah Nuri Həmədani vəhdət və birliyi Azərbaycan Respublikasının alimləri üçün ən zəruri məsələ adlandıraraq dedi: "Azərbaycan ölkəsinin alimləri və ruhaniləri birliyin kənarında özlərini cihada və şəhadətə hazır etsinlər. İslam daim fədakarlıq və cihadla öz yolunu davam etmişdir".

Təqlid mərcəsi şəhadətə hazır olan şəxsin qorxmamasını və öz hədəfində müvəffəq olacağını da açıqlayaraq dedi: "Gərək canınızı ovucunuza qoyub, zalımlarla mübarizəyə qalxasız. Mübarizə və cihadsız heç bir şeyə nail olmaq mümkün deyil".


 

  • Yazılıb
  • da (də) 2012 Apr 09