Avropanın rəsmi coğrafi mərkəzində ucaldılmış “Avropanın Mərkəzi” adlandırılan abidənin önündə Azərbaycan hakimiyyətinə qarşı etiraz aksiyası keçirilib
/Aran agentliyi
Teleqraf.az-a verilən məlumata görə, aksiya iştirakçıları “Biz “Avrovizion”a deyil, diktaturaya qarşıyıyq”, “Avrovizion” diktaturanı legitimləşdirirmi?”, “Azərbaycan qeyri-demokratik seçkilər və insan haqlarının kobud şəkildə pozulduğu dövlətdir”, “Azərbaycan xalqının səsini özünə qaytarın”, “Saxta parlament Azərbaycan xalqının səsi deyil” kimi şüarlar səsləndirib.
Aksiya Avropanın mərkəzi magistralından keçən yüzlərlə avtomobil sürücüsünün, xarici və yerli vətəndaşların marağına səbəb olub. Aksiyada məlumat xarakterli vərəqələr paylanıb. Aksiya Azərbaycanın İctimai Palatası və GÜAM Ölkələri Jurnalistlərinin Araşdırma Mərkəzinin təşəbbüsü ilə keçirilib. Tədbirə Ukrayna yerli özünüidarəetmə orqanları və KİV nümayəndələri, deputatlar, eləcə də yerli əhali də qatılıb.
Aksiya İctimai Palatanın aprelin 8-də Azərbaycanda keçirəcəyi ümumrespublika mitinqinə dəstəkj xarakteri daşıyıb.