/Aran agentliyi
Rusiya sovet imperiyası uzun illər bir çox xalqları və dövlətləri zorla əsarət altına alıb sərvətlərini, milli-mənəvi dəyərlərini talan etdi. Azərbaycanın məzlum xalqıda bu işğal və qarətdən amanda qalmadı. Hətta saysız həmvətənlərimiz keçmiş sovet rejiminin ateist rəhbərlərinin apardığı siyasətinin qurbanı oldular.
Sovet imperiyasının süqutundan sonra müstəqillik əldə edən xalqlardan biridə Azərbaycan xalqı oldu. 70 il xalqımıza zülm edən Rusiya müstəqilliyimizdən sonra quduz Ermənistanın vasitəsi ilə yenidən müqəddəs torpaqlarımızı işğal etdi. Müstəqilliyinə torpağını əldən verməklə başlayan Azərbaycan indi də namusunu, qeyrətini, dinini əldən vermək üzrədir.
Müqəddəs torpaqlarımızı işğal etmiş düşmən ölkəsi olan Ermənistanı matəmə qərq edən Şəhid Seyyid Mübariz İbrahimov kimi mücahidlərimiz görəsən, Cəhənnəm qapısı-qeyrətsizlik simvolu olan "GEYLƏRİN PARADINDAN, EUROVISİONLARDAN" tərbiyə alıb? Yoxsa minarələrindən AZAN səsinə qadağa qoyulan məscidlərdən və minbərlərdə moizələrini dinləyib narkotika, xuliqanlıqla ittiham olunub şərlənərək həbsə atılan Ruhanilərdən?! Azərbaycanın qeyrətli oğlan və qızları namus, qeyrət, iffət, vətənpərvərlik dərsini "Eurovision"salonlarından alıblar, ya başı ləçəkli Azərbaycan qadınlarının qucağından?!
Hələdə düşmənlərdə qızları əsir olan, torpağı işğal altında olan, axıdılan nahaq qanlarının qisası alınmayan bir ölkəyə Eurovision yaraşmaz. Azərbaycan sanki şouxanaya dönüb.
Bizim siyasətçilərimiz görəsən bu şoular və kefxanalarla xalqımızın hansı milli-mənəvi dəyərlərinin dirçəlməsinə və torpağının azad olunmasına xoşbindirlər?
Azərbaycanın din, vətən uğrunda canından keçməyə hazır olan Şəhid Mübarizlərə, Fəridlərə ehtiyacı var. Mavilərə, həmcinsbazlara, əyyaşlara, Eurovisionlara yox!
AYIL EY AZƏRBAYCAN!!!
Müstəqilliyini torpaqlarını əldən verməklə başladın. Heç olmasa Avropanın bizə töhfə verdiyi "Eurovisionla" qeyrətini, namusunu əldən vermə!!!
Emin Gənciyev.
xeber44