Tarix : 2012 Apr 08
Kod 29606

Müsəlman Jurnalistlər Anar Bayramlının azad olunmasını tələb edib

Müsəlman Jurnalistlər Birliyi bir bəyanat yayaraq İran İslam Respublikası Teleradio Təşkilatının Bakıdakı nümayəndəliyinin jurnalisti və sürücüsünün azad olunmasını istəyib
/Aran agentliyi

 

Müsəlman Jurnalistlər Birliyi bir bəyanat yayaraq İran İslam Respublikası Teleradio Təşkilatının Bakıdakı nümayəndəliyinin jurnalisti və sürücüsünün azad olunmasını istəyib.

Bu bəyanatın tam mətni belədir:

 

ن والقلم و مایسطرون. فظننتم ظن السوء و کنتم قوماً بوراً

 

Siz kəskin bədgümanlıq və sui-zənnə qapılmısınız və ona əsasən əməl etmişsiniz. Deməli siz məhvə düçar oldunuz.

Həbs etmək, həbsxanaya atmaq və azad informasiyanın qarşısını almaq məqsədilə Azərbaycan Respublikasında media sahəsində haqqı deyənləri ləkələmək, onlara iftira atmaq, ittiham vurmaq son aylarda daha kəskin hal alıb. Beynəlxalq Səhər telekanalını yerli jurnalisti Anar Bayramlı və İran İslam Respublikası Teleradio Təşkilatının Bakıdakı nümayəndəliyinin sürücüsünün narkotik maddələri saxlamağa dair əsassız ittihamla həbs olunması media nümayəndələri ilə cahillik davranışının ən məzhəkəli nümunəsidir.

Dost və düşmənin şahidliyinə görə ictimai jurnalist Anar Bayramlının barəsində irəli sürülən ittihamın tamamilə saxta olması ilə bu azərbaycanlı haqqsevər və dəyərli jurnalistin həbsi  sırf Azərbaycan Respublikası polis və məhkəmə quruluşunun məzhəkəli olması üçün təkrar bir qeyddir.

Buna görədir ki, Azərbaycan Respublikası hökuməti tərəfindən həbsindən 2 ay keçən bu azad düşüncəli jurnalistin hüquqlarını müdafiə edən vəkilin hüquqi fəaliyyəti heç bir nəticə verməyib və Anar Bayramlının formal və sifarişli dindirilməsi onun vəkili Anar Qasımlının təəccüblənməsinə də səbəb olmuşdur.

 

Anar Bayramlının fəaliyyət keçmişi və Beynəlxalq Səhər telekanalından onun reportajlarının yayımlanmasını nəzərə alaraq, Azərbaycan Respublikasında heç kim şübhə etmir ki, bu təcrübəli və fəal jurnalist Bakıda islam məktəbləri və hicab müdafiəçilərinin hərəkətlərini əks etdirdiyinə görə, Azərbaycan Respublikası hakimiyyətində təhlükəli islamofob cərəyanın kin-küdurətinə qurban olmuşdur. Çünki Anar Bayramlının reportajlarının üstün cəhətlərindən biri islami hərəkətlərə diqqət yetirmək və Azərbaycan Respublikasının məzlum xalqının müsəlman adət-ənənələri və islami həyatının canlandırılması örnəklərini tapmaq olmuşdur. Lakin bütün bunlar bu ölkənin fəal telekanalları tərəfindən media boykotu ilə üzləşiblər.

Xüsusilə də Azərbaycan Respublikasına hakim siyasətdə bir tərəfdən Azərbaycan Respublikasının müsəlman xalqının həyatının islami cəhətlərinin mediada əks olunması cinayətdir və digər tərəfdən isə hər bir ölkənin tablo və vitrini hesab olunan telekanallar Azərbaycan Respublikasını qərb mədəniyyətinin bir parçası kimi nümayiş etdirirlər.

Beynəlxalq Səhər kanalının Bakıdakı jurnalisti Anar Bayramlının həbsi və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin dəhşətli təcridxanasında bir neçə ay həbs və dindirildikdən sonra əsassız və yalan silah saxlama ittihamı ilə 1,5 il həbsə məhkum olunan İslamazeri saytının baş redaktoru Hacı Ramin Bayramovun həbsi ilə Anar Bayramlı kimi müsəlman və dəyərli jurnalistlərin fəaliyyəti üçün atmosfer günü-gündən darısqallaşır.

Bu bəyanatda bildirilib: Belə bir şəraitdə Müsəlman Jurnalistlər Birliyi bütün azadlıqsevərlər, beynəlxalq dairə və təşkilatlar və media işi üzrə rəhbərləri Azərbaycan Respublikasında haqsızlıqla həbs olunan jurnalistlər, xüsusilə də Anar Bayramlının azad olunması üçün köməyə çağırır və Allah-taaladan Azərbaycan Respublikasının məzlum xalqı üçün bayramlıq kimi bu haqq və həqiqət yolçusunun mübarizinin tezliklə azad olunmasını diləyir.

Qeyd etmək lazımdır ki, bundan öncə də Bakıda Mətbuat Hüququ İnstitutu İranın Səhər Telekanalının Bakıdakı jurnalisti Anar Bayramlının həbsindən nigaranlıq etmiş və onu pisləmişdi. Bu müəssisə narkotik maddələri saxlamaq ittihamını əsassız hesab edərək rəsmi qurumları bu məsələ ilə əlaqədar açıq-aşkar məlumatların təqdim olunmasına çağırıb.

Rəsmi Bakı barəsində tənqidli fikirləri açıqlayan şəxslərin hər bir vasitə ilə kənara qoyulduğunu qeyd edən bu müəssisə Beynəlxalq Səhər kanalının Azərbaycan Respublikası xalqı arasındakı təsirini etiraf edib və bildirib: Bu ilk dəfə deyil ki, Azərbaycan Respublikasında tənqidçi və müstəqil jurnalistlərə qarşı narkotik maddələri saxlamaq ittihamı irəli sürülür.

Habelə Azərbaycan Respublikası Ziyalılar Forumu, Vəhdət, Yaşıllar, İslam partiyaları, Qarabağ Azadlıq Təşkilatı və Azərbaycan Respublikasında insan haqları müdafiəçiləri, o cümlədən Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı və onlarla fikir sahibi Anar Bayramlının həbsini pisləyərək onun azadlığını tələb edib.

Beynəlxalq Səhər telekanalı jurnalistinin saxta narkotik maddələr saxlamaq ittihamı ilə həbs olunması yeni bir məsələ deyil və bu ilk dəfə deyil. Bundan öncə Azadlıq qəzetinin jurnalisti Mirzə Sakit heroin saxlamaq ittihamı ilə 3 il, eləcə də Realnı Azərbaycan qəzetinin baş redaktoru Eynulla Fətullayev 2,5 il həbsə məhkum olunmuşdular.

  • Yazılıb
  • da (də) 2012 Apr 08