Tarix : 2012 Apr 08
Kod 29607

Azərbaycan Respublikası HHQMMK sədri: Azərbaycanın 20-yə yaxın dini alimi və çoxlu sayda dindarı ...

Azərbaycan dövlətinin himayəsi və milyonlarla pul xərcləməsi nəticəsində ölkənin paytaxtında həmcinsbazlardan ibarət küfr məclisi olan ''Evrovision 2012'' mahnı müsabiqəsinin ...
/Aran agentliyi

AranNews - Mənbəmizin "Hövzə Xəbər Mərkəzi"nə istinadla verdiyi məlumata əsasən, Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə komitəsinin sədri höccətül-islam vəl-müslimin Faiq Vəlizadə həzrət Ayətullah Nuri Həmədani ilə görüşündə ölkələrində olan müsəlmanların problemlərinə işarə edərək dedi: "Şiələr və şiə alimləri bu ölkədə çox çətinlikdədir və dövlət tərəfindən onlara ağır təzyiqlər olunur".

HHQMMK sədri islami və insani dəyərlərdən uzaq "Evrovision 2012" müsabiqəsinə də işarə edərək dedi: "Azərbaycan dövlətinin himayəsi və milyonlarla  pul xərcləməsi nəticəsində ölkənin paytaxtında həmcinsbazlardan ibarət küfr məclisi olan "Evrovision 2012" mahnı müsabiqəsinin keçirilməsi qərarlaşdırılıb".

Höccətül-islam vəl-müslimin Faiq Vəlizadə belə əxlaqsız qrupların bəzi Avropa ölkələri və son vaxtlar Türkiyə və Azərbaycanın himayəsi sayəsində fəaliyyət göstərmələrini açıqlayaraq dedi: "Bu proqramın 2012 ci il 22 maydan 26-na kimi Bakı şəhərinin mərkəzində keçirilməsi palnlaşdırılıb və müsabiqə iştirakçılarının şəhərin küçələrində parad keçirməsi ehtimalı da vardır".

O, Azərbaycan dövlətinin bu anti-din və qeyri-əxlaqi proqramına etiraz edənlərin dövlət tərəfindən ağır təzyiqlərə məruz qalmasına da işarə edərək dedi: "Ölkədə hər hansı bir alim, ya dindar bu anti-din və qeyri-əxlaqi hərəkətə etiraz etsə, casusluq, narkotik maddə sahəsində məşğul olma, silah gəzdirmə ittihamları ilə şərlənərək, həbs olunur".

HHQMMK sədri artırdı: "Hal-hazırda Azərbaycanın 20-yə yaxın dini alimi və çoxlu sayda dindarı ölkənin sionistsayağı və islamofobiya siyasətlərinə etiraz etdikləri üçün həbsxandadırlar və hər gün onların sayı artmaqdadır".

  • Yazılıb
  • da (də) 2012 Apr 08