Bakı Şəhər Baş Polis İdarəsi müxalif İctimai Palatanın aprelin 8-də paytaxtın 20-ci yaşayış sahəsində keçirdiyi mitinqlə bağlı məlumatında iştirakçıların yalnız 1200 nəfər olduğunu iddia edib
/Aran agentliyi
Bakı Şəhər Baş Polis İdarəsi müxalif İctimai Palatanın aprelin 8-də paytaxtın 20-ci yaşayış sahəsində keçirdiyi mitinqlə bağlı məlumatında iştirakçıların yalnız 1200 nəfər olduğunu iddia edib.
Məlumatda deyilir: “Aprelin 8-də özünü “İctimai Palata” adlandıran qurum Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirmişdir. Saat 16:00-dan 18.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, AXP, KXCP, eləcə də bir sıra digər müxalifət yönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200 nəfərə qədər olan üzvü və təəssübkeşi iştirak etmişdir.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməmişdir.”