Tarix : 2012 Apr 09
Kod 29620

Bakıda dini simvolların silinməsi üzrə yeni səylərə başlanılıb

Bakı metrosunun giriş və çıxış qapılarında Quran, dua tabloları, səccadə , təsbeh , qutbnəma və müsəlmanlara aid digər hər hansı bir mənbənin satılmasına qadağa qoyulub
/Aran agentliyi

Bakı metrosunun giriş və çıxış qapılarında Quran, dua tabloları, səccadə , təsbeh , qutbnəma və müsəlmanlara aid digər hər hansı bir mənbənin satılmasına qadağa qoyulub.

Xəbər qaynaqlarının məlumatına görə, Bakı metropoliteninın rəisi Tağı Əhmədov Bakı metrosunun giriş və çıxış qapılarında müsəlmanların dini simvolu ilə əlaqədar hər hansı bir əşya və mənbənin satışına qadağa qoyub.

Daxil olan bu məlumata görə, qabaqca da dövlət binaları və mərkəzlərində hər hansı dini bir simvolun olmaması barədə də qadağa qoyulmuşdur.

Qeyd edək ki, Azərbaycan Respublikasında Evrovizion mahnı müsabiqəsi astanasında bu ölkənin paytaxtı Bakı şəhərində İslamı simvolların göstəricisinin silinməsi üzrə hərtərəfli və geniş səylərə başlanılıb.

Azərbaycan Respublikası hakimiyyətinin ölkədə Evrovizion mahnı müsabiqələrinin təşkili ilə bağlı səyləri elə bir haldadır ki, Bakı polisi Aşura günündə bu ölkənin müsəlman xalqına əzadarlıq mərasimləri təşkil etməsinə maneçilik törədir.

Bakıda Evrovizion mahnı müsabiqəsi gələn may ayında təşkil ediləcək. 

  • Yazılıb
  • da (də) 2012 Apr 09