Tarix : 2012 Apr 09
Kod 29624

Allahşükür Paşazadə Türkiyəyə gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Türkiyə Cümhuriyyətinə səfərə yola düşür
/Aran agentliyi

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər Mərmərə Qrupu Vəqfi tərəfindən aprelin 10-12 aprel-də Türkiyənin İstanbul və İzmir şəhərlərində keçiriləcək XV Avrasiya İqtisadi Zirvəsinə dəvət əsasında həyata keçirilir.

Son 14 il ərzində mütəmadi olaraq keçirilən, dövlət və hökumət başçıları, parlamentarilər və tanınmış şəxsiyyətlərin qatıldığı bu mötəbər toplantının builki Zirvəsində enerji, iqtisadi, mədəniyyətlərarası dialoq, qadın liderlər mövzusu, habelə dünyada aclıq və yoxsulluq problemləri gündəmdə olacaq.

A. Paşazadə tədbir çərçivəsində aprelin 12-də gerçəkləşdiriləcək Mədəniyyətlərarası Dialoq sessiyasına Fəxri qonaq olaraq xüsusi dəvət olunub. Şeyxülislam Zirvə toplantısında mədəniyyətlərarası dialoq və əməkdaşlıq mövzusunda məruzə ilə çıxış edərək, Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətində prioritet istiqamətlərdən olan dinlərarası dialoqa dair mövcud müsbət təcrübə barədə Zirvə iştirakçılarına məlumat verəcək.

Apa

  • Yazılıb
  • da (də) 2012 Apr 09