Tarix : 2012 Apr 09
Kod 29625

İranın Atom Enerjisi Təşkilatının sədri: 20 faizlik zənginləşdirmə ehtiyaca əsasən həyata keçirilir

İran İslam Respublikası prezidentinin müavini və İranın Atom Enerjisi Təşkilatının sədri deyib: ''20 faizlik zənginləşdirmə ölkə daxilində olan ehtiyaca əsasən həyata keçirilir
/Aran agentliyi

İran İslam Respublikası prezidentinin müavini və İranın Atom Enerjisi Təşkilatının sədri Fridun Abbasi dünən gecə İranda "Milli Nüvə Texnologiyaları Günü"ndə İranda 20 faizlik nüvə yanacağının istehsalı haqda deyib: " Bu iş daxili ehtiyaca əsasən həyata keçirilir və ehtiyac olan yanacağın əldə edildiyi zaman, onun istehsalı 3.5 faiz istehsala çevriləcəkdir".

Abbasi sonra deyib: " İran İslam Respublikası artıq başqa ölkələrdən 20 faizlik uran almaq üçün geriyə dönməyəcək, çünki bu haqda investisiya həyata keçirib və 20 faizlik uranın istehsal xəttini yola salıbdır".

İran İslam Respublikası prezidentinin müavini və İranın Atom Enerjisi Təşkilatının sədri həmçinin İranın mərkəzində yerləşən Ərak reaktoru üçün məcazi yanacaqların istehsalına işarə edərək, deyib: " Məcazi yanacaqda hər şey geometriya və ölçülər baxımından əsas yanacaqla eynidir, amma yalnız onda uran yerinə qurğuşun dairələrindən istifadə edilir".

İranın cənubunda yerləşən Buşehr Atom Elektrik Stansiyası haqda münasibət bildirən Abbasi sonra deyib: " Bu stansiya ötən il yaxşı formada işə salındı və müxtəlif mərhələlərdə bütün sınaq proseslərini arxada qoydu və bu stansiyanın reaktoru özünün nüvə fazasını da uğurla arxada qoydu".

İranın Atom Enerjisi Təşkilatının sədri Buşehr AES-n hazırda 75 faizlik gücü ilə işlədiyini və şəbəkənin elektrikinə malik olduğunu bildirərək, ümid edibdir ki, yaxın gələcəkdə min meqavatlıq elektrikin istehsalına start verilsin.

  • Yazılıb
  • da (də) 2012 Apr 09