Tarix : 2012 Apr 09
Kod 29626

İSLAMÇILARIN İŞİ ALİ MƏHKƏMƏDƏ İLİŞİB

AİP funksionerlərinin işlərini Ali məhkəmə bir aydan çoxdur ki, appelyasiya məhkəməsinə qaytarmır. Bu barədə AİP funksionerlərinin vəkili Anar Qasımlı məlumat verib
/Aran agentliyi

AİP funksionerlərinin işlərini Ali məhkəmə bir aydan çoxdur ki, appelyasiya məhkəməsinə qaytarmır.

Bu barədə AİP funksionerlərinin vəkili Anar Qasımlı məlumat verib. AİP üzvlərinin işlərinin hələ ki, dayandırıldığını qeyd edən Anar Qasımov, "Ali məhkəmə onların işini Appelyasiya Məhkəməsinə qaytarmayıb",- deyə qeyd etdi: Fevralın 29-dan bir aydan çox vaxt keçməsinə baxmayaraq iş hələ də geriyə təhvil verilməyib. Lakin normalda qaytarılmalı idi.

Mövzu ilə bağlı Ali Məhkəmənin Mətbuat Katibliyi ilə əlaqə saxlamağımıza baxmayaraq zənglərimizə cavab verən olmadı.

Qeyd edək ki, əsassız ittihamlarla həbs olunan İslam Partiyasının sədri Mövsüm Səmədov 12 il, müavini Vaqif Abdullayev 11 il, Ruhulla Axundzadə 11 il 6 ay, Firdovsi Məmmədrzayev 10 il, Dəyanət Səmədov 10 il, Fəramiz Abbasov 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Zülfüqar Mikayılov isə 5 il sınaq müddətilə, 11 illik şərti cəzaya məhkum olunub.

faktxeber.com

  • Yazılıb
  • da (də) 2012 Apr 09