Tarix : 2012 Apr 09
Kod 29632

“Mossad”ın Azərbaycan fəaliyyəti ABŞ mediasında

İsrailin Bakıda İrana qarşı fəaliyyət göstərdiyi haqda iddialar gündəmdən düşmür
/Aran agentliyi

Britaniya mediasının yaydığı iddialar bu dəfə “MSNBC” kanalına çıxdı

ABŞ-ın məşhur “MSNBC” televiziya kanalının dünya xəbərləri servisi İsrail xüsusi xidmət orqanı “Mossad”ın agentlərinin Bakıda məskən saldığına və geniş fəaliyyət göstərdiyinə dair bir müddət öncə “The Britain's Times” qəzetində yer alan iddiaları yenidən gündəmə gətirib. Xatırladaq ki, “Bakı: İkinci dünya müharibəsi zamanındakı Kasablanka” adlı məqalədə qeyd olunurdu ki, İsrail xəfiyyələri İrana qarşı hərbi müdaxiləyə hazırlıq və bu ölkənin nüvə fəaliyyətlərini nəzarətdə saxlamaq üçün Azərbaycan ərazisindən istifadə edir. Azərbaycan tərəfi “Mossad” agentləri üçün Bakıda geniş imkanlar yaradıb.

Qəzetə açıqlama verən Bakıdakı İsrail xəfiyyələrindən biri “Mossad” üçün çalışdıqlarını etiraf etmişdi. Xəfiyyə Azərbaycanda son aylar İsrail casuslarının sayının artdığını və onların İranın nüvə fəaliyyətini izləmək məqsədiylə ölkəmizə yerləşdiyini bildirmişdi. Xəfiyyə Azərbaycandakı “Mossad” agentlərinin fəaliyyətində problemlər yaranmadığını, Azərbaycan tərəfi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində çalışdığını söyləmişdi.

Dolaşan iddiaları şərh edən Vaşinqton institutunun eksperti Ariel Koen “MSNBC”yə deyib ki, Azərbaycan ərazisində İsrail xəfiyyələrinin İran əleyhinə iş aparması qəbahət sayılmamalıdır.

Ekspert əlavə edib ki, İran hazırda Liviya və Misirdəki kimi mühafizəkar islamçıların Azərbaycanda idarəçiliyi ələ almasında maraqlıdır.

Televiziya öz şərhində bildirib ki, Azərbaycanın coğrafi mövqeyi onun ABŞ və müttəfiqləri üçün Tehran rejiminə qarşı fəaliyyətdə əhəmiyyətini artırır. Azərbaycan İran üzərində qələbə baxımından ideal məkan sayılır. Lakin Azərbaycanın siyasi tarixi İsraillə yaxınlaşmada müəyyən təzadlar yaradır. Çünki milyonlarla etnik azərbaycanlı İranda yaşayır və bu iki ölkəni bir çox dəyərlər birləşdirir. Ancaq Azərbaycan İsrail və Qərblə daha çox yaxınlığa meyllidir.

  

  • Yazılıb
  • da (də) 2012 Apr 09