Tarix : 2012 Apr 09
Kod 29633

Vəhabilərdən Azərbaycana xəbərdarlıq

Eurovision müsəlmanlar üçün qorxulu bir yuxudur. Eurovisionu dağıtmaq üçün kimyəvi silah və bıcaq bizlərə kifayət edər
/Aran agentliyi

 

Sələfilərin(vəhabi) Umma (ümmət) saytı Azərbaycan hakimiyyətinə xəbərdarlıq edib. Umma saytında yazılanları olduğu kimi əziz oxucularımıza təqdim edirik:

Həmd olsun Allaha. Cümə günü Azərbaycan dövlətinin ikinci böyük şəhəri sayılan Gəncədə xüsusi təyinatlılar sələfi mücahidlərinə qarşı əməliyat keçiriblər. Xüsusi əməliyat nəticəsində Vüqar Padarov qardaşımız istədiyinə çata bildi. (burada şəadət nəzərdə tutulur) Qoy Allah onu öz dərgahına qəbul etsin və onu Cənnətə götürsün. O, özü ilə o Dünyaya tağut rejiminin hansısa bir polkovnik-leytenantını da apara bildi. Artıq onların prezidentləri ölən və yaralananları şöhrət medalları ilə də təltif etdi. Kimə əyilirdilərsə və ibadət edirdilərsə ona da nail oldular. Əfsuslar olsun ki, öldürülən polkovnikə verilən dəmir medal ona Qiyamət günü kömək edə bilməyəcəkdir. Vuqar Padarov birinci müsəlmandır ki, öz ölkəsində şəhadətə çataraq nəisə əldə edə bildi. Bizim Qafqazda azərbaycanlı mücahidlər kifayət qədər öz sözlərini deyən olublar və əmələn də sübuta yetiriblər. Amma hələ ki, öz ərazilərində belə hal baş verməmişdir. Həmd olsun Allaha ki, bu ilk addım oldu. Və qardaşımız kafirlərə dərs verə bildi. Allah bu əməliyat nəticəsində həbs edilən qardaşlarımızında azadlığını tezləşdirsin.

Avrovision müsəlmanlar üçün qorxulu bir yuxudur. Həmd olsun Allaha ki, müsəlmanlar artıq Quranın bir ayəsini dərk edə bildilər. "Əgər bir ümmət öz müqəddaratını dəyişməsə Allah onların müqəddaratını dəyişməz" üzdəniraqlar, şeytanın tərəfdarlartı fikirləşməsinlər ki, şəhidlərin, səhabələrin, tabeinlərin məskəni olan Azərbaycana gələrək istədikləri kimi hərəkət edə biləcəklər. Onlara qarşı hücumlar təşkil ediləcəkdir. Və nə Mossad, nə Mİ-6, nə CİA nədə digərləri onlara kömək edə biləcək. Heç bir silah və partlayıcı qurğu istifadə edilməyəcəkdir. Kimyəvi silah və bıcaq bizlərə kifayət edər.

İllərlə çayxanada oturaraq dildə əqidə zəifliyini, zülmü danışmaq olar. Amma bunun aradan getməsi üçün real bir əməl lazımdır.

Azadxeber 

  • Yazılıb
  • da (də) 2012 Apr 09