H. Camal: Sünni və Şiələr mütləq İslamdakı müştərək məsələlərə baxmalı və ixtilaflı məsələləri qabardmaqdan çəkinməlidirlər
/Aran agentliyi
Rusiya İslam Komitəsinin sədri Filosof Heydər Camal Rusiyanın bir qrup ziyalı və dindar təbəqəsi ilə 9 apreldə İran İslam Respublikasına səfər edərək müqəddəs Qum şəhərində təqlid mərcəsi olan Ayətullahul-Üzma Şeyx Nuri Həmədani cənabları ilə görüş keçirtmişdir.
Görüşdə Heydər Camal Ayətullah Nuri Həmədani cənabları ilə Rusiya İslam Komitəsinin fəaliyyətləridən, Rusidakı Müsəlman və Şiələrin durumdan danışaraq təqlid mərcəsinə dedi: “Rusiyada xeyli miqdarda Müsəlman yaşayır. 17 il öncə Rusiya Müsəlmanlarının problemlərini asanlaşdırmaq naminə İslam Komitəsini təsis etdik.”
Filosof Heydər Camal İarn İslam Resublikasına dəfələrlə səfər etdiyinə işarə edərək bildirdi: “Son 20 ildə mən dəfələrlə İran İslam Respublikasına səfər etmişəm. Və Hacı Əhməd Ağa Xomeyni, Ayətullah Mişkini, Ayətullah Təsxiri kimi böyük şəxsiyyətlər ilə tanışlığım və dostluq əlaqələrim olub və yenədə vardır.”
Heydər Camal daha sonra İslam Komitəsindəki tutduğu ağır məsuliyyətli vəzifəsinə işarə edərək dedi: “Rusiya Müsəlmanlarının əksəriyyəti sünnü məzhəbinə qulluq edir. Lakin bizim komitə xas bir məzhəbin nümayəndəsi deyildir. Hal hazırda mən mühüm bir vəzifəni öhdəmə götürmüşəm. Sünni ilə Şiə arasında olan ixtilaflı məsələləri aradan qaldırmağı da özümə borc bilirəm. Sünni və Şiələr mütləq İslamdakı müştərək məsələlərə baxmalı və ixtilaflı məsələləri qabardmaqdan çəkinməlidirlər. Yalnız bu təqdirdə sionist qüvvələrinin İslam dünyasına qarşı tökdüyü planları boşa çıxacaqdır.”
Heydər Camal bir daha Ayətulla Nuri Həmədani cənablarına xitab edərək dedi: “Biz Müsəlmanlar arasında vəhdətin yaradılması yönümündə aparılan bütün işlərdə axıracan varıq. Vəzifəmizi həyata keçirtməkdə də Allah Təalaya təvəkkül edirik. Əlbətdə ki, sizin də bu yöndə bizə verəcəyiniz məsləhətlərə çoxlu ehtiyacımız vardır.”
Sonda rusiyalı politoloq, fəlsəfə elimlər namizədi professor Aleksandr Duqin öz növbəsində Ayətullahul-Üzma Şeyx Nuri Həmədani cənablarının 2011-ci ilin noyabır ayında Rusiyaya etdiyi səfərindən məmnun qaldığını bildirərək dedi: “Öz növbəmdə tam qüdrətimlə iki dövlət ziyalılarının fikir mübadiləsinin genişlənməsi uğrunda əlimdən gələni əsirgəməyəcəyəm”.
Abna