Tarix : 2012 Apr 10
Kod 29649

8 aprel mitinqinidən sonra 8 nəfər həbs olunub

Bakıda keçirilmiş 8 aprel mitinqinə çağırış vərəqələri yaydığına görə 8 vətəndaş həbs olunub
/Aran agentliyi

Bakıda keçirilmiş  8 aprel mitinqinə çağırış vərəqələri yaydığına görə 8 vətəndaş  həbs olunub.

Vəkil Əsabəli Mustafayev bildirib ki, onlar Bakı Şəhər Baş Polis İdarəsinin Binəqədidə yerləşən saxlama məntəqəsində saxlanırlar.

Həbs olunanlar  Nihad Hüseynov, Zülfüqar Qubadov, Elnur Əsgərov, Cəlal Qarayev və Elçin Dəmirov , Teymur Fərzəliyev və Qail Qafarovdır.

Məhkəmənin qərarı ilə Zülfüqar Qubadov və Elçin Dəmirov 10, Elnur Əsgərov 11, Cəlal Qarayev və Nihad Hüseynov 15 sutka azadlıqdan məhrum ediliblər.

Teymur Fərzəliyevlə Qail Qafarovun hər birinə 3 sutka həbs verilib.

Aprelin 9-da vəkil Əsabəli Mustafayev həbs olunanlarla görüşüb: “Əslində biz elə bilirdik ki, həbs olunanların sayı üç nəfərdir. Binəqədidəki saxlanma məntəqəsinə gedəndə məlum oldu ki, Cəlal Qarayev və Elçin Dəmirovu da mitinqə çağırış vərəqələri yaydıqlarına görə həbs ediblər”.

Əsabəli Mustafayevin sözlərinə görə, polis idarələrində və məhkəmədə həbs olunanların hüquqlarını pozublar və onların  həbs olunduqları haqda ailələrinə, yaxınlarına, vəkillərə məlumat vermək imkanı yaratmayıblar.

Digər  tərəfdən  hakimiyyət təmsilçiləri  hələdə  8 Aprel mitinginin  iflasa uğradığını iddia edirlər.

Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı  deyib  ki, 8 aprel mitinqinə jurnalistlərlə, həvəskarlarla birlikdə 1200 insan qatılıb.

8 Aprel  mitingi Azərbaycan Respublikası miqyasında böyük sayıldığına  xatir   düniya səviyyəsində də kütləvi informasiya vasitələrinin  diqqət mərkəzində olmuşdur. O cümlədən Royters agentliyi də 8 Aprel mitinginin görüntülərin düniyaya  yaymışdır.

  • Yazılıb
  • da (də) 2012 Apr 10