Bakının bu hərəkəti ''hüquqi'' vasitələrdən istifadə edərək bir insanı oğurlamaqdır
/Aran agentliyi
İranın Teleradio Təşkilatının Bakıdakı nümayəndəliyinin həbs olunmuş yerli jurnalisti Anar Bayramlının vəkili Anar Qasımlı müvəkkilinin əsassız ittihamlarla həbs müddətinin uzadılmasına reaksiyada deyib: Bakının bu hərəkəti "hüquqi" vasitələrdən istifadə edərək bir insanı oğurlamaqdır.
Anar Qasımlı Bakıda jurnalistlərə verdiyi açıqlamada deyib: Müvəkkili təxminən 2 aydır ki, Bakı İstintaq təcridxanasındadır. Lakin işi aparan müstəntiq hətta bir dəfə belə onunla görüməyib.
"Bu məsələdən bir növ nəticə çıxarmaq olar ki, həbs edənlərin baxışınca Anar Bayramlının həbsdə olmasını tələb edən zəruri məsələ var. Onlar istintaqa əhəmiyyət vermirlər. Onlar istəyirlər ki, bu şəxsi müəyyən bir zamana qədər azadlıqdan məhrum etsinlər. Bu hərəkət əslində insanın girova çevrilməsi və "hüquqi" vasitələrdən istifadə ilə bir şəxsin oğurlanmasıdır" –deyə Anar Qasımlı deyib.
Müvəkkilinə qarşı narkotik maddələr ittihamının saxta olduğunu hesab edən vəkil deyib: Təsəvvür edin ki, Anar Bayramlı 17 fevralda həbs və narkotik maddələrdən istifadə etməkdə ittiham olunub və guya paltarından narkotik maddələr tapılıb. Belə bir şəraitdə zəruridir ki, dərhal onun qanından analiz götürsünlər. Lakin elmi prinsiplərə zidd olaraq ondan ötən həftə qan analizi götürüblər və məhkəmə analizin cavabının hazır olmaması bəhanəsi ilə onun həbsini bir ay daha uzadıb.
Anar Qasımlı müvəkkilinin daxili və beynəlxalq təşkilat və müəssisələr, eləcə də insan haqları müdafiəçiləri tərəfindən geniş şəkildə dəstəkləndiyinə və Anar Bayramlının sifarişli olduğunu qeyd etdiklərinə toxunaraq deyib: Daxili məhkəmələr bu işi həll etmədikləri təqdirdə Azərbaycan Respublikasının öhdəliklərini nəzərə alaraq bu qanun pozuntularından Avropa məhkəməsinə şikayət olunacaq.
Azərbaycan Respublikasında müstəqil və tənqidçi jurnalistlər təzyiq və islamçı fəalların 3-cü həbs dalğası ilə yanaşı bu ölkənin təhlükəsizlik qüvvələri fevral ayının 17-də İranın Teleradio Təşkilatının Bakıdakı nümayəndəliyinin jurnalisti Anar Bayramlı və sürücüsü Ramil Dadaşov gecə öz mənzillərində həbs olunublar və yaxınlarının dediklərinə görə, polis şöbəsində onların cibinə narkotik maddələr atılıb.
Hal-hazırda onlarla islamçı fəal, o cümlədən Azərbaycan Respublikasında hicabofobiyaya etiraz edənlər həbsdədirlər və Azərbaycan Respublikasının təhlükəsizlik qüvvələri gülünc bir hərəkətdə onların hamısını narkotik maddələri saxlamaqda ittiham ediblər.
Anar Bayramlının iki aylıq istintaq həbsi müddətinin 16 apreldə bitdiyi bir halda Bakının Binəqədi Rayon Məhkəməsinin hakimi Abid Hüseynov çərşənbə axşamı günü Anar Bayramlının "narkotikə qurşanma" ittihamının doğru və yaxud yanlış olmasını müəyyənləşdirmək üçün qan analizinin cavabının hazır olmaması bəhanəsi ilə onun həbs müddətini bir ay uzadıb.
Bundan öncə onlarla Azərbaycan Respublikası partiya və təşkilatlarının başçısı, o cümlədən Vəhdət, Yaşıllar, İslam, Birlik və Solçu Demokratik partiyaları və Ziyalılar Forumu, Sülh və Demokratiya İnstitutu, Qarabağ Azadlıq Təşkilatı, İşgəncələrlə Mübarizə komitəsinin sədri, Helsinki Vətəndaş cəmiyyətinin nümayəndəsi və bir çox insan haqları müdafiəçisi Ramil Dadaşov və Anar Bayramlının həbsini sifarişli adlandırıb və onların azadlığını tələb edib.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Bakıda Mətbuat Hüququnun Müdafiəsi müəssisəsi, Sərhədsiz Reportyorlar Təşkilatı, Nyu-Yorkda Jurnalistlərin Müdafiə Komitəsi də ayrı-ayrı bəyanatlarda ittihamların əsassız olduğunu hesab edərək bu şəxslərin dərhal azad olunmalarını istəyiblər.
Azərbaycan Respublikası hökuməti ötən iki il ərzində islamofobiya siyasətini gücləndirib. Bir qrup islamçı fəalın yalnız Həzrət Məhəmməd (s.ə.s)-ın vəfatı günündə şəhidlərin məzarı üzərində matəm saxladığına görə iki ildən çox bir müddətdə həbsdə olduğu halda bu ölkə hökuməti neft gəlirlərindən bir neçə milyardlıq vəsaiti xərcləməklə may ayının sonlarında Bakıda bayağı Avrovizion mahnı müsabiqəsinin kənarında dünya geylərinin paradını keçirmək istəyir və təhlükəsizliyin təmin olunması, müsabiqə yerində əlaqə təchizatının qurulması kimi bu mərasimin təşkilatçı işlərinin çoxunu sionist rejimə tapşırıb.