Tarix : 2012 Apr 12
Kod 29677

Fətullayev: Hazırkı siyasət R.Tağının qatilinin aşkarlanmasına icazə vermir

Azərbaycan Respublikasının hazırkı siyasəti azərbaycanlı yazar Rafiq Tağının qatilinin aşkarlanmasına icazə vermir
/Aran agentliyi

 

Azərbaycanlı jurnalist və hüquq müdafiəçisi Eynulla Fətullayev deyib: Azərbaycan Respublikasının hazırkı siyasəti azərbaycanlı yazar Rafiq Tağının qatilinin aşkarlanmasına icazə vermir.

Yerli mənbələrin məlumatına görə, Eynulla Fətullayev habelə deyib ki, əgər Rafiq Tağı İran ehtimalını irəli sürməsəydi, bəlkə də sağ qalardı. Onun xəstəxanada qətlə yetirildiyinə inanıram.

Fətullayev bildirib: Bu qətl İrana qarşı təbliğat halqalarından biri və beynəlxalq qüdrətlərin məqsədləri istiqamətində olub. Bu məsələdə Rafiq Tağıdan bir vasitə kimi istifadə olundu.

İslam müqəddəslərinə hörmətsizlik edən azərbaycanlı mürtəd yazar Rafiq Tağı ötən oktyabr ayında Bakıda bıçaqlandıqdan sonra naməlum formada xəstəxanada dünyasını dəyişdi 

  • Yazılıb
  • da (də) 2012 Apr 12