Son həftələrdə MTN-in dindar əhali və İrana qarşı saxta veriliş hazırlayan dövlət televiziyası AZTV artıq Gəncə şəhərində son günlərdə MTN ilə vəhhabilər ...
/Aran agentliyi
Son həftələrdə MTN-in dindar əhali və İrana qarşı saxta veriliş hazırlayan dövlət televiziyası AZTV artıq Gəncə şəhərində son günlərdə MTN ilə vəhhabilər arasında yaranmış silahlı qarşıdurma ilə bağlı demək olar ki, susub.
Azərbaycan Respublikası hakimiyyətininb AZTV və digər telekanallarının vəhhabilər ilə MTN-in silahli qarşıdurmasından sənədli film hazırlamaması xüsusi ilə buna görə şübhə doğurur ki, eks Prezident Heydər Əliyev dövründə islamçılığın qarşısını almaq və inhirafa yönəlmək üçün çirkin bir plan əsasında vəhhabiliyin Azərbaycan Respublikaslnda qol-qanad açmasına hökumət tərəfindən zəmin yaradılmışdır və bunun çərçivəsində Səudi və Küveyt fondlarının Azərbaycan Respublikasında geniş və əlbəttəki gizlin fəaliyyətlərinə şərait yaradılmışdır.
Lakin son günlərdə Gəncə şəhərində silahlı qarşıdurma bir daha Azərbaycan Respublikası hökumətinin siyasətlərinin və təbliqatının nəqədər səhv istiqamətdə hərəkət etdiyini sübut etdi.
Qeyd etmək lazımdir ki, Gəncədə vəhhabilərlə MTN əməkdaşlarının silahlı toqquşması Təbriz küçəsi, 93 saylı binanın 3-cü mərtəbəsində baş vermişdir. Hadisə MTN-nin keçirdiyi əməliyyat zamanı baş verib. Olay nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanmışdır. Ölənlərdən biri MTN-in polkovnik leytenant rütbəli əməliyyatçısı Elşad Quliyevdir. Digər ölü isə həmin binadakı silahlı vəhhabi qruplaşmaya aiddir. Məlumata görə, binada yaralananlardan da 3-ü MTN əməkdaşıdır. Məlumata görə, MTN-in əməliyyatı xeyli qeyri peşəkar və qəfil başlayıb. Bina sakinləri təşvişə düşüb. MTN-in əməliyyatçıları vəhhabilərin silahlı müqavimətiylə üzləşdiklərini görüb dinc sakinləri binadan çıxarada təşviş yaradıblar.
Silahlıların olduğu mənzilin sahibinin vəhhabi təriqətli olduğu və hazırda Rusiyada yaşadığı deyilir. Məlumatlara görə, silahlılar da vəhhabi təriqətinə məxsusdur. Əməliyyat aprelin 6-da səhər saat 4-də başlayıb və təxminən 3 saat davam edib. Əməliyyatı Bakıdan getmiş MTN əməliyyatçıları həyata keçirimişdir.
Gəncə olayı Azərbaycan Respublikasındakı təhlükəsizlik şəraitinin nəqədər kövrək olduğunu göstərsə də və vəhhabilər ilə MTN-in arasında yaranmış toqquşmanın ciddiliyini göstərsə də AZTV və digər telekanallar hələdə vəhhabi təhlükəsindən danışmağı özlərinə rəva bilmirlər. Lakin dindarları şərləməyə davam edirlər.
Gəncə olayının ciddiliyinin Prezident İlham Əliyevin tərəfindən də dərk olunduğunu başa düşmək o qədər də çətin deyil. Prezident İlham Əliyev Gəncə şəhərində keçirilən xüsusi əməliyyatda iştirakı olan MTN-nin bir qrup əməkdaşını 2012-ci il 9 aprel tarixli sərəncam ilə orden və medallarla təltif edib. Sərəncama əsasən, polkovnik-leytenant Elşad Quliyev Gəncədə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Qartal” xüsusi təyinatlı dəstəsinin digər əməkdaşları isə “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif ediliblər.
MTN-in yaydığı məlumatlarda isə vəhhabilərin kimliyinə və haralardan himayə olunduğuna toxunulmayıb