Azərbaycan Respublikasının Sabirabad rayonunun Minbaşı kəndində narazı əhalinin aksiyasını yatırmaq məqsədilə bu əraziyə Daxili Qoşun qüvvələrinin yeridildiyi bildirilir
/Aran agentliyi
Azərbaycan Respublikasının Sabirabad rayonunun Minbaşı kəndində narazı əhalinin aksiyasını yatırmaq məqsədilə bu əraziyə Daxili Qoşun qüvvələrinin yeridildiyi bildirilir.
Bir neçə gün aksiya keçirən 500 nəfərə qədər əhali bu gün yerli polisin təqibini dəf edərək Kür çayının üzərində Şirvan şəhəri yaxınlığında yerləşən əhəmiyyətli körpünü bağlayıblar.
Sabirabadlı sakinlərin verdiyi məlumata əsasən, sakinlərin tələbləri kompensasiyaların ədalətli bölünməsi, məmur özbaşınalığına son qoyulmasıdır.
Sakinlər həmçinin “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin də azad olunmasını tələb edirlər.
Sakinlər məlumat veriblər ki, Kür çayı üzərindəki körpünü bağlayan Sabirabadın Minbaşı kəndinin əhalisini polis dağıda bilmədiyindən hakimiyyət daxili qoşunları cəlb edir. 8 maşın gəlib, amma əlavə qüvvələrin gələcəyi də gözlənilir.