Tarix : 2012 Apr 12
Kod 29681

Moskvada Azərbaycanın din xadimi qətlə yetirilib

Öldürülən şəxs müsəlman ictimai xadim Mətin Mehdiyevdir. MətinMühdiyev bir müddət Rusiyada Beynəlxalq İslam Mədəniyyəti Mərkəzinə rəhbərlik edib
/Aran agentliyi

Moskvada Azərbaycanın din xadimi qətlə yetirilib. Hüquq mühafizə orqanlarındakı mənbə bildirib ki, öldürülən şəxs müsəlman ictimai xadim Mətin Mehdiyevdir.

İnterfaks”ın həmsöhbəti bildirib ki, “çərşənbə axşamı gecə saat 2 radələrində Brest küçəsindəki bina yaxınlığında kişi meyiti tapılıb. İstintaqla müəyyən edilib ki, qətlə yetirilən tanınmış müsəlman ictimai xadim, 1978-ci il təvəllüdlü Mətin Mehdiyev olub”.

Onun sözlərinə görə, naməlum şəxs Mətinin boynuna bıçaq zərbəsi endirib. İlkin məlumata əsasən, cinayət Mehdiyev küçədə həyat yoldaşının işdən qayıtmasını gözləyərkən törədilib.

Azərbaycan vətəndaşının qətli internet şəbəkələrində böyük qalmaqala səbəb olub. Mehdiyev bir müddət Rusiyada Beynəlxalq İslam Mədəniyyəti Mərkəzinə rəhbərlik edib.

 

 

 

  

  • Yazılıb
  • da (də) 2012 Apr 12