/Aran agentliyi
İslamazeri.az saytının baş redaktoru, jurnalist Ramin Bayramov Kürdəxanıda yerləşən 16 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.
Bu barədə SalamNews-a onun vəkili Ramil Məmmədov məlumat verib.
Xatırladaq ki, Abşeron rayon məhkəməsinin hakimi Şəmsəddin Abbasovun sədrliyi ilə keçilən prosesi Ramin Bayramova 1 il 6 ay həbs cəzası təyin edib.
Xatırladaq ki, "İslamazəri" internet qəzetinin baş redaktoru Ramin Bayramov 2011– cu il avqust ayının 11-də saat 15:30 radələrində "Nizami" metrostansiyasının yaxınlığında 4 nəfər mülkü geyimli şəxs tərəfindən BMW markalı "NOL 557-C" dövlət nişanlı avtomobilə mindirilib naməlum istiqamətdə aparılıb. Həmin gün Ramin Bayramovun iştirakı ilə onun evində axtarış keçirilib. Nəticədə R.Bayramova məxsus evdən 2 əl qumbarası, 1 tapanca və müəyyən miqdarda narkotik maddə tapılıb.
Ramin Mayramova qarşı Azərbaycan cinayət məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri üzrə cinayət işi qaldırılıb.
SalamNews