Tarix : 2012 Apr 13
Kod 29692

Ermənistanda Azərbaycan bayrağını təhqir ediblər

Gümrü sakinləri Azərbaycan bayrağını cırıblar
/Aran agentliyi

Aprelin 12-də Ermənistanın Gümrü şəhərində Sülhməramlı Təşəbbüs Mərkəzinin sədri Georgi Vanyan tərəfindən təşkil olunan “Azərbaycan kino festivalı”nın keçirilməsi planlaşdırılmışdı. Lakin Gümrü əhalisi, həmçinin hakimiyyət bu təşəbbüsə qarşı çıxıb.

SalamNews-un "Armtoday"a istinadən verdiyi xəbərə görə, Azərbaycan kino festivalının təşkilatçısı bəyan edib ki, Gümrü əhalisinin təzyiqi altında şəhərdə festivalı keçirmək fikrindən daşınıb və polislərdən təhlükəsizliyinin təmin olunmasını tələb edib.

Daha öncə festivalın təşkilatçısını iki dəfə döymək istəyiblər, lakin polislərin müdaxiləsi nəticəsində bunun qarşısı alınıb. Festivalı keçirmək fikrindən daşınmadığı zaman, o bəyan edib ki, hətta bir tamaşaçı gəlsə belə festival baş tutacaq.

Sonra Gümrü əhalisi bəyan edib ki, G.Vanyanı Ermənistandan qovur. Bir müddət sonra jurnalistlərin “Asparez” klubu qarşısında insanlarln sayı artmağa başlayıb. Gənc Gümrü sakinləri Azərbaycan bayrağını cırıblar və “Vanyan, çıx get!” şuarları ilə çıxış ediblər. Bir müddət sonra Vanyan polislərin müşahidəsi ilə Gümrü şəhərini tərk edib.

Xatırladaq ki, daha öncə Georgi Vanyanın təşkil etdiyi festival haqqında danışarkən, Gümrü şəhərinin meri Vardan Gukasyan “Çorrord inknişxanutyün” qəzetinə verdiyi müsahibədə bildirib ki, “o mənim əlimə keçsə idi!... Gümrü sakinləri, onu məmnuniyyətlə Azərbaycana göndərlər. Əgər Vanyan əlimə düşsə, mən onun qulaqların kəsərəm”.

Qeyd edək ki, aprelin 12-də İrəvanda Azərbaycan kinolarının nümayişinə qarşı etiraz aksiyası keçirilib. Gənc sakinlər Ermənistan hökumətinin üçüncü korpusunda yığışaraq, Azərbaycan kinofilmlərinin nümayişinə qarşı çıxış ediblər.

SalamNews

  • Yazılıb
  • da (də) 2012 Apr 13