Tarix : 2012 Apr 13
Kod 29695

»Mossad»ın ölkəmizdə geniş fəaliyyətinə imkan yaradılıb

Sülhəddin Əkbər: «Bu səbəbdən də Iran-Azərbaycan münasibətləri gərginləşməkdə davam edəcək»
/Aran agentliyi

ABŞ-ın məşhur  MSNBC televiziya kanalı Israil xüsusi xidmət orqanı Mossadın agentlərinin Bakıda məskən saldığına və geniş fəaliyyət göstərdiyinə dair məlumat yayıb. Bir müddət öncə isə The Britains Times qəzetində belə iddialar yer almışdı.

Xatırladaq ki, qəzet Israil xəfiyyələrinin Irana qarşı hərbi müdaxiləyə hazırlıq və bu ölkənin nüvə fəaliyyətlərini nəzarətdə saxlamaq üçün Azərbaycan ərazisindən istifadə etdiyini, Azərbaycan tərəfinin Mossad agentləri üçün Bakıda geniş imkanlar yaratdığını yazırdı. Qəzetə açıqlama verən Bakıdakı Israil xəfiyyələrindən biri Mossad üçün çalışdıqlarını etiraf etmişdi. Iddiaları şərh edən Vaşinqton institutunun eksperti Ariel Koen isə bildirib ki, Azərbaycan ərazisində Israil xəfiyyələrinin Iran əleyhinə iş aparması qəbahət sayılmamalıdır.

Bəs Azərbaycanda Mossad xəfiyyələrinin fəaliyyəti hansı nəticələr doğura bilər?

Avro-Atlanikÿ Şuranınÿ sədri Sülhəddin Əkbər Suriya və Iran ətrafında hərbi-siyasi vəziyyətin kəskinləşməsinin Azərbaycandan da yan keçmədiyini deyir. Çünki bu proseslərdə Azərbaycanın strateji tərəfdaşı olan Türkiyə aktiv rol oynayır. Eyni zamanda bu məsələnin Iran və Rusiya üçün önəm daşıdığı da bəllidir. Bu baxımdan Suriya məsələsində Türkiyənin fəallığı artdıqca, Iranın da Azərbaycana təzyiqləri artacaq.

Ekspertin sözlərinə görə, Iran ətrafında və Suriyada vəziyyət kəskinləşdikcə kəşfiyyat orqanlarının da aktivliyi artacaq. Azərbaycan da bu gərginliyin və xüsusi xidmət orqanlarının fəallaşdığı zonaya daxil olan ölkələrdən biridir. Bu səbəbdən də Iran-Azərbaycan münasibətləri gərginləşməkdə davam edəcək və zaman-zaman daha da kəskinləşəcək. Bu, qaçılmazdır.

Bia.az

  • Yazılıb
  • da (də) 2012 Apr 13