Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi bu gündə Xaçmaz və Şəmkirdə vəhhabilərə qarşı əməliyyat keçirdiyini bildirib
/Aran agentliyi
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi bu gündə Xaçmaz və Şəmkirdə vəhhabilərə qarşı əməliyyat keçirdiyini bildirib.
Bakı mətbuatının MTN rəsmilərinə istinadən yaydığı məlumata görə, “Əbu-Bəkr” məscidinin imamı Qamət Süleymanın ən yaxın silahdaşı hesab olunan Adil Rəcəbov və onunla birgə olan 3 şəxs həbs olunub.”
Xəbərdə deyilir ki, bu şəxslər Şəmkir rayonu ərazisində saxlanılaraq polis şöbəsinə aparılıblar. Tutulanlar yol hərəkəti qaydalarını pozmaqda günahlandırılıblar və barələrində protokol tərtib olunandan sonra MTN-in Şəmkir şöbəsinin əməkdaşlarına təhvil verilib.
Bundan əlavə, deyilib ki, Xaçmaz rayon sakini, 1981-ci il təvəllüdlü Süleymanov Faiq Süleyman oğlu ölkə ərazisini tərk etməyə cəhd göstərərkən «Yalama» sərhəd nəzarəti məntəqəsində tutulub və MTN-ə təhvil verilib.
6 Apreldə MTN-in gəncə şəhərinə vəhhabilərlə toqquşmasında Vüqar Padarov adında bir vəhhabi və MTN-in bir polkovniki qətlə yetirilmişdir.
Qeyd etmək lazımdir ki, eks Prezident Heydər Əliyevin hakimiyyəti dövründən başlayaraq ölkə xalqının İslamçılığının qarşısını almaq məqsədi ilə vəhhabilərin Azərbaycan Respublikasında qol-qanad açmasına hökumət tərəfindən şərait yaradılmışdır. Lakin, son illərdə hökumət ilə vəhhabilər arasında bəzi toqquşmalar baş verib.