Tarix : 2012 Apr 13
Kod 29697

Azərbaycan Respublikasında vəhhabilərə qarşı əməliyyatlar davam edir

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi bu gündə Xaçmaz və Şəmkirdə vəhhabilərə qarşı əməliyyat keçirdiyini bildirib
/Aran agentliyi

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi  bu gündə  Xaçmaz və Şəmkirdə vəhhabilərə  qarşı  əməliyyat keçirdiyini bildirib.

Bakı mətbuatının  MTN rəsmilərinə istinadən yaydığı məlumata görə,  “Əbu-Bəkr” məscidinin imamı Qamət Süleymanın ən yaxın silahdaşı hesab olunan Adil Rəcəbov və onunla birgə olan 3 şəxs həbs olunub.”

Xəbərdə deyilir ki, bu şəxslər Şəmkir rayonu ərazisində saxlanılaraq polis şöbəsinə aparılıblar. Tutulanlar yol hərəkəti qaydalarını pozmaqda günahlandırılıblar və barələrində protokol tərtib olunandan sonra MTN-in Şəmkir şöbəsinin əməkdaşlarına təhvil verilib.

Bundan əlavə, deyilib ki,  Xaçmaz rayon sakini, 1981-ci il təvəllüdlü Süleymanov Faiq Süleyman oğlu ölkə ərazisini tərk etməyə cəhd göstərərkən «Yalama» sərhəd nəzarəti məntəqəsində tutulub və MTN-ə təhvil verilib.

6 Apreldə MTN-in gəncə şəhərinə vəhhabilərlə  toqquşmasında Vüqar Padarov adında bir vəhhabi və MTN-in bir polkovniki qətlə yetirilmişdir.

Qeyd etmək lazımdir ki, eks Prezident Heydər Əliyevin hakimiyyəti dövründən  başlayaraq  ölkə xalqının İslamçılığının  qarşısını  almaq  məqsədi ilə  vəhhabilərin Azərbaycan Respublikasında  qol-qanad açmasına  hökumət tərəfindən şərait yaradılmışdır. Lakin, son illərdə hökumət ilə  vəhhabilər arasında  bəzi  toqquşmalar  baş verib.

  • Yazılıb
  • da (də) 2012 Apr 13