Azərbaycan Respublikası hökuməti ilə müxalif olan qərbyönlü qüvvələrin ilk etiraz aksiyasının ardınca müxtəlif qərbyönlü partiyaların gənc fəalları ABŞ-ın Bakıdakı ...
  /Aran agentliyi
Azərbaycan Respublikası hökuməti ilə müxalif olan qərbyönlü qüvvələrin ilk etiraz aksiyasının ardınca müxtəlif qərbyönlü partiyaların gənc fəalları ABŞ-ın Bakıdakı səfirliyinin məsul işçiləri ilə görüşlər keçiriblər.
 
Yerli mənbələrdən daxil olan məlumatlara görə, hökumət ilə müxalif olan müxtəlif partiyaların gənclər təşkilatının fəal üzvləri və rəhbər işçiləri  o cümlədən Demokrat, Xalq Cəbhəsi və Musavat partiyaları, İctimai Birlik və Dalğa tələbə təşkilatlarının təmsilçiləri ABŞ səfirliyində olaraq, siyasi məsələlər üzrə attaşes Brijit Baçet və təhsil məsələləri üzrə attaşe Kristofer Con ilə görüşüblər.
 
Bu görüşdə hökumətin müxalifətdə olan gənclərə təzyiq göstərməsi və anti-hökumət nümayişlərdə gənclərin iştirakının artması məsələləri müzakirə olunub.
 
Ötən il də ABŞ səfirliyi hökumət ilə müxalif olan gəncləri aksiyalara təşviq etməkdə rola malik olub. Və hətta, ABŞ-ın Bakıda səfiri olmuş Metyu Brayza da Fəvvarələr Meydanında olaraq, müxalifətin aksiyasını yaxından izləmişdi.
 
Azərbaycan Respublikasının təhlükəsizlik və hüquq-mühafizə orqanları isə dostları düşmənə çevirmək və islamçıları saxta ittihamlarla həbs etməklə məşğul olaraq, ABŞ səfirliyinin müdaxilə mahiyyətli hərəkətlərinə reaksiya verməkdən çəkinirlər.