Avropalı qonaqların Avroviziya 2012 mahnı yarşlarında Bakıda əylənməsi üçün Azərbaycan Respublikası hökuməti tərəfindən böyük xərclə inşa olunmaqda olan Baku ...
/Aran agentliyi
Avropalı qonaqların Avroviziya 2012 mahnı yarşlarında Bakıda əylənməsi üçün Azərbaycan Respublikası hökuməti tərəfindən böyük xərclə inşa olunmaqda olan Baku Crystal Hall-ın bəzi işlərinin gecikməsi ölkə rəhbərliyini təşvişə salıb.
Əldə etdiyimiz məlumata əsasən, Prezident İlham Əliyev Prezident Administriyasının rəhbəri Ramiz Mehtiyevə Baku Crystal Hall-ın tam hazırlanmasına şəxsən nizarət etməyi əmr edib.
Prezident İlham Əliyev bundan əvvəl öz həyat yoldaşı Mehriban Əliyevanı Avroviziya 2012 mahnı yarşlarının təşkilatçı komitəsinə basic təin edibdir.
Avroviziya 2012 mahnı yarşlarının Bakıda keçirilməsi üçün 25000 nəfərlik tutumu olan Baku Crystal Hall-ın tikintisinə və onunla bağlı digər hazırlıq işlərinə Azərbaycan Respublikası büdcəsindən 3 milyard manat ayrılmışdır.
Baku Crystal Hall-ın tikintisi və onun möhtəşəmliyi Avropa mediasının da diqqət mərkəzində olmuşdur. Lakin, son həftələrdə bəzi Avropa mediası Avroviziya 2012 mahnı yarşlarının keçirilməsi ilə əlaqədar Bakıda əhalinin evlərinin sökülməsi və sosial narazılığın yaranmasına dair da bir sıra reportajlar yayımlayıblar.
Səhər TV