Fars Xəbər Agentliyinin məlumatına görə, ABŞ hökuməti terrorçu Münafiqlər qruplaşmasının üzvlərinin İraqdan köçürülməsi istiqamətində İran ilə qonşu olan bir ...
/Aran agentliyi
Fars Xəbər Agentliyinin məlumatına görə, ABŞ hökuməti terrorçu Münafiqlər qruplaşmasının üzvlərinin İraqdan köçürülməsi istiqamətində İran ilə qonşu olan bir neçə ölkə o cümlədən Azərbaycan Respublikası ilə anlaşma əldə edib.
Bu məlumata görə, İranın Terror Şəhidləri Ailələri İnformasiya Agentliyinin internet saytı bildirib ki, Münafiqlərə yaxın mənbələrdən əldə edilmiş məlumatlara görə, münafiqlərin İraqdan çıxmalarının qətiləşməsi ilə ABŞ hökuməti İran ilə qonşu olan 5 ölkə ilə münafiqlərin bu ölkələrə köçürülməsi haqda razılığa gəlib.
Bu məlumata əsasən İraq hökumətinin münafiqlərin bu ölkədəki iştirakı ilə müxalifət etməsinin ardınca, ABŞ münafiqlər qruplaşması ətrafında yaranmış böhranı həll etməyə məcbur olub.
Elə bu istiqamətdə Münafiqlər qruplaşmasının üzvlərinin ABŞ ilə dost və müttəfiq olan ölkələr arasında bölüşdürülməsi yəni, Ərəbistan, İordaniya, Azərbaycan, Qətər və Pakistana köçürülməsi haqda razılıq əldə olunub.
Bu xəbərdə daha sonra deyilir: Münafiqlər qruplaşmasının başçıları da İraqı yeni ölkələr istiqamətində tərk etməklə razılaşıblar və Birləşmiş Ştatlar münafiqlərin köçürülməsi əməliyyatına nəzarət edir.
Daxil olan məlumatlara görə, bu ölkələr ilə ABŞ arasında əldə olunmuş anlaşma Vaşinqton ilə bəzi kəşfiyyat və təhlükəsizlik anlaşması çərçivəsində olub. Bu da münafiqlər qruplaşmasının yeni missiyası ilə bağlı müşahidəçilərdə şəkk və şübhələrin yaranmasına səbəb olub.
Diqqəti özünə cəlb edən maraqlı məqamlardan biri budur ki, münafiqlər qruplaşmasının üzvləri yalnız İran ilə qonşu ölkələr arasında bölüşdürüləcəklər. Azərbaycan və Pakistan İran ilə quru sərhədlərinə, Ərəbistan və Qətər isə dəniz sərhədlərinə malikdirlər. İordaniya da Suriya ilə qonşu ölkədir.
Münafiqlər qruplaşmasının Suriya böhranının gərginləşdirilməsindəki roluna nəzər saldıqda aydın olur ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi MKİ bu qruplaşmasının çoxlu sayda üzvünü İordaniyanın Suriya ilə sərhəd məntəqələrinə habelə, Türkiyə-Suriya sərhədlərinə və Livanın şimal sərhədlərinə nəql etmək istəyir.