MTN-nin Gəncədə keçirdiyi antiterror əməliyyatından sonra şəhərdəki bütün məscidlər qapadılıb
/Aran agentliyi
MTN-nin Gəncədə keçirdiyi antiterror əməliyyatından sonra şəhərdəki bütün məscidlər qapadılıb.
Şəhərdəki mənbədən əldə etdiyimiz məlumata görə, dindarlara bir yerə toplaşmamaq barədə xəbərdarlıq edilib. Bütün məscidlər və ibadətgahlar nəzarət altına alınıb, mühafizə polisi onların qarşısında keşik çəkir.
Mənbə bildirib ki, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin göstiərişi ilə dövlət və özəl qurumlarda namaz otaqları ləğv olunub. Rəhbər işçilərə qəti tapşırıq verilib ki, tabeliyində olanlara işçilərə ibadət etməyə icazə verməsinlər. Elmar Vəliyev dindarlara evlərində namaz qılmağı məsləhət görür