Tarix : 2012 Apr 16
Kod 29723

Azərbaycanın Suriyadakı səfirliyinin əməkdaşlarının ailələri Dəməşqdən çıxarılıb

O, səfirliyin işçilərinin ölkədən çıxarılması barədə isə hələlik göstəriş olmadığını deyib
/Aran agentliyi

O, səfirliyin işçilərinin ölkədən çıxarılması barədə isə hələlik göstəriş olmadığını deyib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. O, səfirliyin işçilərinin ölkədən çıxarılması barədə isə hələlik göstəriş olmadığını, səfirliyin normal qaydada, tam heyətlə fəaliyyətini davam etdirdiyini deyib.

E. Abdullayevin sözlərinə görə, Azərbaycandan Suriyada təhsil alan 60-dək tələbə səfirliyin qeydiyyatında olub, hazırda isə 30-dək tələbə qalıb: “Səfirlik onlarla daim əlaqə saxlayır, vəziyyətləri ilə maraqlanır. Səfirlik onlara tövsiyə edib ki, ölkədə vəziyyət sabitləşənə qədər Azərbaycana qayıtsınlar”.

  • Yazılıb
  • da (də) 2012 Apr 16