/Aran agentliyi
Erməni diasporunun 1915-ci il hadisələrinin 100-cü ildönüm tədbirlərinə cavab hazırlanır. Publika.Az-ın Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bu ölkənin tarixində ən böyük diaspor toplantısı təşkil ediləcək.
 
Xarici Türklər və Qohum Birlikləri Başçılığı 15 sentyabr 2012-ci ildə türk diasporunun toplantısını keçirəcək. Dünya ölkələrində nüfuzu ilə seçilən 1000-ə yaxın türk dərnək və cəmiyyət rəhbərləri İstanbul və ya Ankarada bir araya gələcək.
 
Toplantıda ermənilərin 1915-ci il hadisələri ilə bağlı iddialarına qarşı Azərbaycan diasporu ilə birgə görüləsi işlər müzakirə olunacaq.
 
Diaspor toplantısının başlıca hədəfləri aşağıdakılar müəyyənləşdirilib:
 
- Erməni iddialarının əsassız olduğu müxtəlif üsullarla dünya ictimaiyyətinə təsirli şəkildə çatdırılacaq. Bunun üçün dünyanın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin (yazıçılar, aktyorlar, rejissor) köməyindən istifadə nəzərdə tutulur.
 
- İnternetdəki axtarış saytlarında ingilis, fransız, alman və erməni dillərində Türkiyə əleyhinə çoxlu yazılar, təbliğat materialları çıxır. Erməni diasporunun bu üstünlüyünü aradan qaldırmaq üçün internetdəki axtarış saytlarına xarici dillərdə Türkiyənin mövqeyini ortaya qoyan, Türkiyəyə dəstək verən məşhurların fikir və şərhləri yüklənəcək.
 
- Diasporun bir başqa hədəfi də digər ölkələrin nüfuzlu vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq olacaq.
 
Türk diasporunun toplantısı sentyabrın 15-nə müəyyən olunub. 15 sentyabr 1918-ci il isə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Bakını rus-erməni istilasından azad etdiyi gündür.
 
Publika.az