Tarix : 2012 Apr 16
Kod 29725

Dindarların həbsi Azərbaycanın imicinə böyük zərbə vurur

Dindarların həbsi Azərbaycanın imicinə böyük zərbə vurur
/Aran agentliyi

Azərbaycan Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyevin fikrincə ölkədə dindarların həbsi Azərbaycanın imicinə böyük zərbə vurur.

Ziyalılar Hərəkatının sədri vurğulayıb : “Dindarlara qarşı bu cür qeyri-qanuni, mən deyərdim vandalcasına münasibət bir siyasətdir və bu siyasət nəinki bir çox günahsız dindarların həbsi ilə bitəcək, eyni zamanda Azərbaycanın imicinə böyük zərbə vuracaq. Çünki, insanı sözünə görə, əqidəsinə görə həbs eləmək heç bir məntiqə sığmır. Mən bu barədə bəyanat da vermişəm və fürsətdən istifadə edib sizin vasitənizlə də bildirirəm ki, əgər bunlar istəyirlər ki, Azərbaycan əxlaqsızlıq məkanına çevirilsin, biz buna imkan verməyəcəyik. Özləri dedikləri kimi, tolerant olmağa çalışsınlar.”

  • Yazılıb
  • da (də) 2012 Apr 16