/Aran agentliyi
Azərbaycan Respublikası hakimiyyəti “Eurovision” mahnı yarışması ərəfəsində ölkədə xalq aksiyalarına yasaq qoymaq fikrindədir.
Prezident Aparatında məlumatlı mənbədən aldığımız xəbərə əsasən, hakimiyyət xarici qonaqların, avropalı musiqi qruplarının Bakıda olmasını əsas götürüb, şəhərdə hər bir aksiyanın keçirilməsini ictimai asayişi və dövlət təhlükəsizliyini pozmaq hərəkəti kimi qiymətləndirir.
Mənbənin bildirdiyinə görə, “Eurovision” yarışması ilə əlaqədar layihələrin də bir qədər gecikməsi hökumətin narahat edən məsələlərdəndir ki, buna görə də iqtidar özünü hər hansı çaşqınlıq yaradan ictimai-siyasi məsələdən ,o cümlədən mitinglərdən uzaq saxlamaq fikrindədir.