Türkiyə baş nazirinin müavini bildirib ki, bu ölkə erməni tərəfin Azərbaycan Respublikası ərazisini işğal etməsi səbəbindən Ermənistanla sərhədini açmayacaq
/Aran agentliyi
Türkiyə baş nazirinin müavini bildirib ki, bu ölkə erməni tərəfin Azərbaycan Respublikası ərazisini işğal etməsi səbəbindən Ermənistanla sərhədini açmayacaq.
Trend xəbər agentliyinin məlumatına görə, Bülənt Arinç deyib: Türkiyənin region ölkələri ilə əlaqələrini yaxşılaşdırmaq niyyətində olmasına baxmayaraq heç vaxt Ermənistanla sərhədini açmayacaq.
Arinç əlavə edib: Türkiyənin xarici siyasəti tələb edir ki, bu ölkənin Rusiya və Gürcüstanla əlaqələri adi vəziyyətə qayıtsın.
Arinçin sözləri elə bir halda söylənilir ki, Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandiyan iki tərəfli əlaqələrin adiləşdirilməsi üzrə protokolu 2009-cu ilin 10 oktyabrında Sürixdə imzalayıblar.
Bu protokolların icra mərhələsinə daxil olması üçün iki ölkə parlamentləri onları ratifikasiya etməlidirlər.
Türkiyə hökuməti son zamanlar bildirib ki, Ankara-İrəvan əlaqələri erməni qüvvələrin Azərbaycan R-nin işğal olunmuş ərazilərindən geri çəkilməsindən sonra adi hala qayıdacaq.