İİR-nin Mədəniyyət və İslamı İrşad naziri Doktor Məhəmməd Hüseyni Bakıda Səhər beynəlxalq telekanalının müxbiri Anar Bayramlının həbs edilməsi haqda açıq ...
/Aran agentliyi
İİR-nin Mədəniyyət və İslamı İrşad naziri Doktor Məhəmməd Hüseyni Bakıda Səhər beynəlxalq telekanalının müxbiri Anar Bayramlının həbs edilməsi haqda açıq mövqe tutaraq Azərbaycan Respublikası dövlətindən istəyib ki, puç bəhanələrlə müxbirlərə ttiham vurmasınlar.
Doktor Hüseyni Tehranın İmam Sadiq (ə) Universitetində Məkkə və Mədinə təsvirlərini simvoltasiya edən kompüter proqramının təqdimat mərasimində Səhər beynəlxalq telekanalı müxbirinin sualına cavab olaraq deyib: Biz qonşu ölkələrdən gözləyirik ki, qanunlara riayət etsinlər və bizim müxbirlər, xəbər ofislərimiz və xəbər agentliklərimizin iştirakı üçün imkan yaratsınlar. Necə ki, biz İranda başqaları üçün imkan yaratmışıq və dünyanın 120 dən çox telekanalı, xəbər agentliyi , qəzeti və mətbuatının İranda iştirakı vardır.
Doktor Hüseyni Bakıda Azərbaycan Respublikası dövləti tərəfindən narkotik maddə daşımaq üzrə puç ittihamla Səhər beynəlxalq telekanalının müxbiri Anar Bayramlının həbs edilməsi haqda deyib: Yaxşı əlaqələrə malik olan və orada mədəniyyət həftəsi keçirdiyimiz və onların da İranda iştiraklarının olduğu qonşu ölkələrdə də gözləyirik ki, puç bəhanələrlə olan davranışları həyata keçirməsinlər.
İranın mədəniyyət və İslamı İrşad naziri həmçinin Almaniyada Press TV xəbər telekanalının yayımlarının kəsilməsinə reaksiya olaraq deyib: Avropa ölkələrindən də gözləyirik ki, səbəbsiz olaraq İİR telekanallarının yayımlarını kəsməsinlər. Demokratiyadan dəm vuran və sərbəst informasiya və kommunikasiya cərəyanını ortaya atanlar bu qədər düzümlülükləri olmalıdır ki, İİR-nin bir telekanalına düzməlidirlər və qeyd edilən telekanalın məsələn Fələstinlilərin xəbərlərini ortaya atdığı bəhanəsi ilə onun yayılmasının qarşısını almasınlar.
Doktor Hüseyni deyib: Fələstin xalqının məzlumluğu Avropada, Almaniya, Fransa və İngiltərədə də bəyan edilməlidir və bu telekanalın Fələstin xalqının xəbərlərini ortaya atmasına görə onun yayımının qarşısını almamalıdırlar.