Tarix : 2012 Apr 16
Kod 29729

İsrail təcrübəsi Azərbaycanda reallaşdırılacaq

Kənd təsərrüfatında müasir texnologiyaların tətbiqinə dair xarici ölkələrin təcrübəsi öyrənilir İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən İslamazeri.az-a verilən ...
/Aran agentliyi

Kənd təsərrüfatında müasir texnologiyaların tətbiqinə dair xarici ölkələrin təcrübəsi öyrənilir

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən İslamazeri.az-a verilən məlumata görə, aprelin 16-da Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İsraildə qida və kənd təsərrüfatı sahəsində böyük təcrübəyə malik “Juran” şirkəti tərəfindən azərbaycanlı iş adamları üçün “Kənd təsərrüfatının innovasiya sistemləri və maşınqayırmada yeni texnologiyalar və həllər” mövzusunda seminar keçirilmişdir.

Tədbirdə çıxış edən AZPROMO-nun vitse-prezidenti Gülşən Rzayeva iş adamları arasında əlaqələrin genişləndirilməsində bu cür tədbirlərin əhəmiyyətli olduğunu vurğulamış, yerli iş adamlarının müasir texnologiyalar barədə məlumatlandırılması istiqamətində görülən işlər barədə məlumat vermişdir.

“Juran” şirkətinin nümayəndəsi Avner Galili isə təmsil etdiyi şirkətin fəaliyyəti, kənd təsərrüfatında innovasiya sistemləri, yeni texnologiyaların tətbiqinə dair şirkətin təcrübəsi barədə təqdimatla çıxış etmişdir.

Tədbirdə bu sahədə İsrail təcrübəsinin Azərbaycanda tətbiqinə dair fikir mübadiləsi aparılmış, yerli iş adamlarını maraqlandıran suallar cavablandırılmışdır.

Azərbaycana səfəri çərçivəsində “Juran” şirkətinin nümayəndəsi Avner Galili kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət göstərən bir sıra müəssisələrdə tətbiq olunan texnologiyalarla da tanış olmuşdur.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2012 Apr 16