Tarix : 2012 Apr 16
Kod 29730

MTN tərəfindən oğurlanmış dindar barədə yeni məlumat

MTN əməkdaşları tərəfindən oğurlanmış Cəlilabadlı dindar Rauf Əbilovdan nəhayət ki, yeni məlumat almaq mümkün olub
/Aran agentliyi

MTN  əməkdaşları tərəfindən oğurlanmış Cəlilabadlı dindar Rauf Əbilovdan nəhayət ki, yeni məlumat almaq mümkün olub.

Xeber44  saytının əldə etdiyi məlumata görə, aprel ayının 12-i mülki geyimlilər tərəfindən qaçırdılan Rauf Əbilov Bakıdadır. Rauf Əbilova cinayət işinin açıldığı və ona yalan maddə ilə 3 aylıq həbs qəti-imkan tədbirinin seçildiyi bildirilir.

Cəlilabadlı dindarın hansı maddə ilə həbs olunduğu haqqında dəqiq məlumat əldə etməyə çalışsaq da bu mümkün olmadı. Əldə etdiyimiz digər məlumata görə, Rauf Əbilov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təcridxanasında saxlanılır.

  • Yazılıb
  • da (də) 2012 Apr 16