/Aran agentliyi
Sionist rejimin İraqın Kürdistan vilayətilə əlaqələri genişləndirmək təlaşları nəticəsində, yaxın gələcəkdə İraq Kürdistanının kürdlərilə əlaqələri haqqında bir kürdün yazdığı kitabı çap və nəşr etmək fikrindədir.
HaqqYolunun FarsNews-a istinadlı məlumatına görə, İraqın Kürdüstan vilayətinin Mədəniyyət və Gənclər Nazirliyindən məlumatlı mənbənin verdiyi məlumata əsasən; Mövlud Afəndin yazdığı "Kürdlər və İsrailin dostluğu" kitabı çap və nəşr icazəsi üçün sözügedən nazirliyə təqdim edilib.
O əlavə edib: Müəllif kitabında son illərdə sionist rejimlə bu vilayət arasındakı siyasi və iqtisadi münasibətlərin artdığına diqqət çəkib.
İraq kürdlərilə sionist rejim arasındakı əlaqələrin artırılmasının vacibliyi haqqında müxtəlif kitablar elə bir zaman kəsiyində nəşr edilir ki, bir müddət öncə masson qəzeti olan "Fiqaro" bir hesabat verərək demişdi: Casusluq təşkilatı MOSSAD İraqın Kürdistan vilayətinə nüfuzu başlamışdır. Məqsəd isə, məntəqədə onlardan İran əleyhinə casusluq və terror aktları təşkil etməkdir.
Bundan öncə də, İraqın dövlət nazirinin müavini elan etmişdi ki, İsrailin casusluq şəbəkələri narkotik qaçaqmalçılığı, saxta pul çap etmək və iraqlı cavanlar arasında əxlaqsız jurnal və disklərin yayılması kimi böyük cinayətlərlə məşğul olurlar.
HaqqYolu