Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri bildirib ki, 2013-cü ildən bu ölkədə televiziya yayımı məcburi şəkildə rəqəmsal olacaq
/Aran agentliyi
Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri bildirib ki, 2013-cü ildən bu ölkədə televiziya yayımı məcburi şəkildə rəqəmsal olacaq.
Yerli mənbələrin məlumatına görə, Əli Abbasov bu ölkə telekanalları rəsmilərinə xəbərdarlıq edib ki, Azərbaycan Dövlət Radio-Televiziya İstehsalat Birliyi Milli Teleradio Şurasının ahəngdarlığı ilə 2013-cü ilin əvvəlindən zaman keçdikcə qeyri-rəqəmsal televiziya proqramlarının yayımı dayandırılacaq və onların yayım icazəsi ləğv olunacaq.
Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri ölkənin indiyə qədər 85%-nin rəqəmsal yayım altında olduğunu bildirərək əhaliyə bu barədə tam məlumatın verilməsinin zəruriliyini qeyd edib.
“Ölkə telekanalları rəsmilərinin vəzifəsidir ki, telekanalların tamaşaçıları və istifadəçilərinə bu sistemdən istifadə forması barəsində lazımi informasiya və bələdçilikləri versinlər və rəqəmsal sistemin proqram yayımının yeni tezliklərini elan etsinlər” –deyə Əli Abbasov bildirib.
Bu məlumata əsasən, Beynəlxalq Rabitə Təşkilatında rəqəmsal sistemə daxil olmaq üçün Azərbaycan Respublikasının planlarının qeydiyyata alınması İranın texniki mütəxəssislərinin köməyi ilə ərsəyə gəlib.