/Aran agentliyi
Dünəndən etibarən Sabirabad rayon Minbaşı kəndində kütləvi həbslər aparılır.
Bu barədə Teleqraf.az-a kənd sakinlərindən biri məlumat verib. Onun sözlərinə görə, kənddə bir neçə gün öncə etiraz aksiyası keçirmiş şəxslərin müəyyənləşdirilməsi yönündə ciddi əməliyyat aparılır. Artıq 10-dan artıq kənd sakininin həbs olunduğu bildirilir.
Qeyd edək ki, Minbaşı əməlliyatı Bakıdan getmiş xüsusi qrup tərəfindən aparılır. Hələlik həbs olunanların adını dəqiqiləşdirmək mükün olmayıb. Əlavə məlumatları diqqətinizə çatdıracağıq.