Tarix : 2012 Apr 17
Kod 29760

Sabirabadın Minbaşı kəndində həbslər davam edir

Dünəndən etibarən Sabirabad rayon Minbaşı kəndində kütləvi həbslər aparılır
/Aran agentliyi

Dünəndən etibarən Sabirabad rayon Minbaşı kəndində kütləvi həbslər aparılır.

Bu barədə Teleqraf.az-a kənd sakinlərindən biri məlumat verib. Onun sözlərinə görə, kənddə bir neçə gün öncə etiraz aksiyası keçirmiş şəxslərin müəyyənləşdirilməsi yönündə ciddi əməliyyat aparılır. Artıq 10-dan artıq kənd sakininin həbs olunduğu bildirilir.

Qeyd edək ki, Minbaşı əməlliyatı Bakıdan getmiş xüsusi qrup tərəfindən aparılır. Hələlik həbs olunanların adını dəqiqiləşdirmək mükün olmayıb. Əlavə məlumatları diqqətinizə çatdıracağıq.

  • Yazılıb
  • da (də) 2012 Apr 17