Tarix : 2012 Apr 17
Kod 29763

Aprelin 20-i Bakının acınacaqlı günü

Ürək ağrıdıcı olsa da mərkəz Azərbaycan Dillər Universitetində yerləşir
/Aran agentliyi

Ürək ağrıdıcı olsa da mərkəz Azərbaycan Dillər Universitetində yerləşir.

Aprelin 20-də Bakıda işğalçı israil rejim mədəniyyət mərkəzinin “təntənəli” açılışı olacaq. Rəsmi mərasimdə sionist rejimindən gəlmiş “yüksək” vəzifəli qonaq iştirak edəcək. Xəbərin əslin izRus saytı yayıb.

Ürək ağrıdıcı olsa da mərkəz Azərbaycan Dillər Universitetində yerləşir. əliyevlər rejimində məskunlaşan israil rejimin rəsmi səfiri Mixael Lavon-Lotem bu barədə bildirib: “Bu il ölkələr arasında diplomatik münasibətlərin 20 illiyini qeyd edirik və mərkəzin inkişafına cüzi yardım etməyi qərara aldıq”.

Habelə mərkəzdə işğalçı rejimlə bağlı qondarma tarixi və peşəkar ədəbiyyat yerləşəcək, tələbələr üçün məruzələr oxunacaq.

Sionist rejimin səfiri universitet rektoru Səməd Seyidovun Mərkəzin genişləndirilməsində və inkişafında rolunun olduğunu qeyd edib.

İşğalçı rejim səfirliyinin ikinci katibi Ronen Kraus isə qeyd edib ki, “Bu gün universitetdə 30-a yaxın tələbə yəhudi dili öyrənir. Vaxtaşırı onlar israilə səfər edirlər. Biz ildə iki dəfə israil ekspertlərinin müxtəlif mövzularda məruzələrini təşkil etməyi planlaşdırırıq”.

Qeyri-rəsmi mənbələrdən “Turan”a daxil olan məlumata görə, açılış mərasimində iştirak edəcək yüksək vəzifəli şəxs israil xin rəhbəri Aviqdor Liberman olacaq.

  • Yazılıb
  • da (də) 2012 Apr 17