Tarix : 2012 Apr 18
Kod 29786

Son 3 ildə Bakıda 3915 mənzil və obyekt sökülüb

Azad İqtisadiyyata Yardım İctimai Birliyi bildirib ki, Son 3 ildə Bakıda 3915 mənzil və obyekt sökülüb
/Aran agentliyi

 Azad İqtisadiyyata Yardım İctimai Birliyi bildirib ki, Son 3 ildə Bakıda 3915 mənzil və obyekt sökülüb.

Birliyin hesabatında deyilir : “ Söküntülər ən çox Beşmərtəbədən Heydər Əliyev Sarayınadək olan ərazidəki küçələrdə baş verib. Bu ərazidə 2009-cu ildən 2012-ci ilin martına kimi 2524 mənzil və obyekt sökülüb.“

Hesabata əsasən, Beşmərtəbədən Heydər Əliyev Sarayınadək olan ərazidəki - Fizuli və Şəmsi Bədəlbəyli küçələrinin arasında olan hissə çoxdan söküldüyündən burada sökülmüş mənzillərin sayını müəyyənləşdirmək mümkün olmayıb. Söküntünün ən çox müəyyənləşdirildiyi küçə Şəmsi Bədəlbəyli olub. Burdakı 44 binada yerləşən 463 mənzil və obyekt sökülüb.

Hesabata əsasən, məcburi sökülən daşınmaz əmlakın sayı bundan çoxdur. Çünki bəzi hallarda evləri və sahibkarlıq obyektləri sökülərkən vətəndaşlar bu barədə məlumat verə bilmirlər.

Qeyd etmək lazımdir ki, son həftələrdə Sulutəpədə evləri sökülən vətəndaşlar  mütəmadi  etiraz aksiyaları keçiriblər.

  • Yazılıb
  • da (də) 2012 Apr 18