Tarix : 2012 Apr 18
Kod 29787

Qəsbkar rejimin naziri Bakıya gəlir

Rəsmi Bakının daxili və xarici siyasətində birinci prioritetinə çevrilmiş problem yaradan Avroviziya mahnı müsabiqəsi ərəfəsi...
/Aran agentliyi

 

Rəsmi Bakının daxili və xarici siyasətində birinci prioritetinə çevrilmiş problem yaradan Avroviziya mahnı müsabiqəsi ərəfəsi, Azərbaycan Respublikası mediası sionist rejimin Bakıya yüksək vəzifəli hökumət üzvlərinin dalbadal səfərlərinin gələn günlərdə baş tutacağından xəbər veriblər.

Bakı mediası sionist rejim  İsrail mənbələrinə istinadla  xəbər verib ki, qəsbkar rejimin in kənd təsərrüfatı naziri Orit Noked bu gün Ermənistana, oradan isə Azərbaycana səfər edəcək. Onun sionist rejimlə Ermənistanın kənd təsərrüfatı sahəsində birgə əməkdaşlıq məsələlərini müzakirə edəcəyi bildirilir.

O.Nokedin İrəvanda baş nazir Tiqran Sərkisyan və katolikos II Qareginlə görüşləri də nəzərdə tutulub. Sionist rejim nazirinin Bakıya səfəri zamanı bu rejim  ilə biznes əlaqələri yaratmaqda olan iri holdinqlərin rəhbərləri ilə görüşəcəyi də xəbər verilir. Məlumatı İzRus portalı yayıb.

İzRus qeyd edir ki, ionist rejimin XİN-in Bakıya səfər edəcək yüksək vəzifəli rəsminin kimliyini və səfərin detallarını gizli saxlanılır.

Bununla belə, həmin rəsmini sionist rejimin XİN-in Mərkəzi Avropa və Avrasiya Departamentinin direktoru Anna Azari müşayiət edəcək.

Ötən həftə İzRus portalı Bakıda aprelin 20-də sionist rejimin mədəniyyət mərkəzinin təntənəli açılışının olacağını və orada yəhudi dövlətindən yüksək vəzifəli şəxslərin iştirak edəcəyini xəbər vermişdi.

“Turan” agentliyi isə qeyri-rəsmi mənbələrə istinadən Bakıya səfər edəcək rəsminin xarici işlər naziri Aviqdor Liberman olacağını xəbər verib.

 

 

  • Yazılıb
  • da (də) 2012 Apr 18