Tarix : 2012 Apr 18
Kod 29788

Azərbaycan Respublikasının İran sərhədində hərbi fəaliyyəti

Azəri ekspert: ''Bizim dövlət adamlarımız hamıdan yaxşı bilirlər ki, onların İrana qarşı hərbi addımını hətta, fikirləşmək özü belə gülüncdür
/Aran agentliyi

Azəri ekspert: "Bizim dövlət adamlarımız hamıdan yaxşı bilirlər ki, onların İrana qarşı hərbi addımını hətta, fikirləşmək özü belə gülüncdür. Amma sionistlərin təzyiqi nəticəsində bir neçə tankı bu əraziyə göndərməklə onların tələbinə cavab verməyə məcbur olublar".

AranNews - Sərhəd ərazilərdə yaşayan sakinlər tərəfindən AranNews-ə ötürülən məlumata əsasən, keçən günlərdə Azərbaycan Respublikasının ordusuna məxsus və bir neçəsi sionist rejimin istehsalı olan təqribən 30 tank İran və Azərbaycanın sərhəd ərazilərində yerləşən Biləsuvar və Parsabad sərhədlərinə tərəf hərəkət etmiş və bir neçə saatlıq manevrdən sonra AR-nın İmişli şəhərinə qayıtmışdır.

AR-nın indiyə kimi görünməmiş bu hərəkəti İran və Azərbaycanın sərhəd ərazilərində yaşayan sakinlər üçün bir sıra suallar yaratmışdır.

Bu mövzu ilə əlaqədar AranNews Azərbaycan Respublikasının adının açıqlanmasını istəməyən siyasi ekspertinin birindən müsahibə almışdır. Ekspert açıqladı: "Sionist rejim İranın "altılıq" ölkələri müzakirələri nəticəsində əldə edilmiş sazişindən çox narahardır. Ona görə də Azərbaycan Respublikasında öz tərəfdarları olan qanadlara İrana qarşı müxtəlif yollarla fəaliyyət göstərmələri üçün təzyiq edir və bununla da İranın xarici siyasətdəki uğurlarını bu hərəkətlərin təsiri altında qoymağa çalışır".

Azəri ekspert vurğuladı: "Ölkələrinin 20 faizdən çoxu işğal altında olan bizim dövlət adamlarımız hamıdan yaxşı bilirlər ki, onların İrana qarşı hərbi addımını hətta, fikirləşmək özü belə gülüncdür. Amma sionistlərin təzyiqi nəticəsində bir neçə tankı bu əraziyə göndərməklə onların tələbinə cavab verməyə məcbur olublar ".

  • Yazılıb
  • da (də) 2012 Apr 18