/Aran agentliyi
Masallı rayonunda CD və DVD disklərin satışı ilə məşğul olanlara Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Masallı rayonu üzrə nümayəndələri və Milli Təhlükəsizlik Nazirliyi Masallı şöbəsinin işçiləri tərəfindən xəbərdarlıq edilərək dini disklərin satışına qadağa qoyulub.
Disklərin satışı ilə məşğul olanlardan Xeber44.com saytına verilən məlumata görə, Qadağalar əsasən İslam alimlərinin moizə disklərinə tətbiq edilib. Adının açıqlanmasını istəməyən müsahibimizin dedikləri:
“Mülki geyimdə olan 4 nəfər mənə yaxınlaşdı. Özlərini DQİDK və MTN işçiləri kimi təqdim etdilər. Satdığım disklərə baxıb, (əli ilə dini disklərə işarə edərək) Bu diskləri yığışdır. Əgər yığışdırmasan başın ağrıyacaq. Belə diskləri satmaq üçün sənin gərək lisenziyan ola. Lisenziyan yoxdursa bu diskləri sata bilməzsən.”
Digərdisk satışı ilə məşğul olanlarla apardığımız sorğulardan da məlum oldu ki, Masallıda disk satışı ilə məşğul olanların hamısına dini disklərin satışı və oxunması qadağan edilmişdir.
P.S- Çox qəribə idi. Məqaləni hazırlayarkən Masallı rayonu ərazisində disk satışı ilə məşğul olanların əksəriyyəti bu mahnını oxutdururdu:”Ya druq, Tı druq. Mı kriminalnıy kruq.”
Deyəsən hakimiyyət “kriminal kruqların” yaranmasında maraqlıdır. Amma “dini kruqların” yaranmasında..........