Tarix : 2012 Apr 18
Kod 29793

Jurnalistləri döydülər

Aprelin 18-də Dövlət Neft Şirkəti Sulutəpədə yenidən evləri sökməyə başlayıb
/Aran agentliyi

Aprelin 18-də Dövlət Neft Şirkəti Sulutəpədə yenidən evləri sökməyə başlayıb. Bu zaman peşə borcunu yerinə yetirən "RATİ"-nin əməkdaşı jurnalist İdrak Abbasov ARDNŞ mühafizəçiləri tərəfindən ölümünə döyülüb.

Respublika Kliniki Xəstəxanasına gətirilən jurnalistin vəziyyəti ağır deyilir.

Bundan əlavə aprelin 18-də Sulutəpədə sökülən evlərlə bağlı reportaj hazırlayan "Yeni Müsavat" qəzetinin əməkdaşı Günay Musayeva "SOCAR"ın qolu zorlu qoçuları tərəfindən döyülüb. Jurnalistin üz nahiyyəsinə yumruq zərbələri endirilib, Günay Musayeva huşunu itirib.

  • Yazılıb
  • da (də) 2012 Apr 18