/Aran agentliyi
Aprelin 18-də Dövlət Neft Şirkəti Sulutəpədə yenidən evləri sökməyə başlayıb. Bu zaman peşə borcunu yerinə yetirən "RATİ"-nin əməkdaşı jurnalist İdrak Abbasov ARDNŞ mühafizəçiləri tərəfindən ölümünə döyülüb.
Respublika Kliniki Xəstəxanasına gətirilən jurnalistin vəziyyəti ağır deyilir.
Bundan əlavə aprelin 18-də Sulutəpədə sökülən evlərlə bağlı reportaj hazırlayan "Yeni Müsavat" qəzetinin əməkdaşı Günay Musayeva "SOCAR"ın qolu zorlu qoçuları tərəfindən döyülüb. Jurnalistin üz nahiyyəsinə yumruq zərbələri endirilib, Günay Musayeva huşunu itirib.