MAQATE-nin baş direktoru Ermənistanın yüksək vəzifəli rəsmiləri ilə görüşmək məqsədilə Ermənistana səfər edir. Bu barədə məlumatı Trend xəbər agentliyi yayıb
/Aran agentliyi
MAQATE-nin baş direktoru Ermənistanın yüksək vəzifəli rəsmiləri ilə görüşmək məqsədilə Ermənistana səfər edir. Bu barədə məlumatı Trend xəbər agentliyi yayıb.
Trendin məlumatına görə, Yokio Amano çərşənbə günü nümayəndə bir heyətin başında İrəvana daxil olmalıdır.
Bu səfər çərçivəsində Amano prezident Serj Sarkisiyan, baş nazir Tigran Sarkisiyan və Ermənistanın enerji və təbii sərvətlər naziri Armen Möəssesiyan ilə görüşüb bir sıra vacib məsələləri müzakirə etməlidir.
MAQATE-nin həmin nümayəndə heyəti Ermənistanın atom stansiyasına da baxış keçirəcək.
Ermənistanın Metsamor atom stansiyası İrəvandan 40 kilometr aralıda və zəlzələli olan bir məntəqədə yerləşib.