Fələstinin torpağlarını işqal edən İsrail rejiminin xarici işlər naziri Aviqdor Liberman Azərbaycan Respublikasına səfərə gələcək
/Aran agentliyi
Fələstinin torpağlarını işqal edən İsrail rejiminin xarici işlər naziri Aviqdor Liberman Azərbaycan Respublikasına səfərə gələcək. “The Jerusalem Post” qəzetinin verdiyi məlumata görə, səfər aprelin sonunda gerçəkləşəcək. Səfərdə məqsəd qan içən sionist rejim ilə Azərbaycan Respublikasının ikitərəfli əlaqələrin möhkəmləndirilməsi deyilir.
Son zamanlar qərb və sinost qəzetlər İsrail və azərbaycan Respublikası ilə 1.6 milyard Dollarlıq silah alverini ifşa etdilər. Azərbaycan Respublikası bu silaha alverini inkar etməyə cəhd etsə də, əksinə sionist rejim başçıları bu silah alverinin üstünü açmaqdə daha israr etdilər.
Qeyd edək ki, İsrail –Azərbaycan silah müqaviləsində, bu hərbi avadanlıqların Ermənisana qarşı istifadə edilib-edilməyəcəyi haqda heç bir məlumat yoxdur. Azərbaucan Respublikası Qarabağ münaqişəsinin sülhə və siyasi yollarla tənzimlənməsinə öhdəlik götürdüyü bir vaxtda, bu silahların istifadəsi şübhə doğurur. Eyni zamanda qeyd edilən hərbi avadanlıqlara hələ Azərbaycan Respublikasında mütəxəssis yetişdirilməyib.