İctimai Palatanın aprelin 22-nə təyin etdiyi mitinqə çağırışla bağlı vərəqələr yayılı
/Aran agentliyi
İctimai Palatanın aprelin 22-nə təyin etdiyi mitinqə çağırışla bağlı vərəqələr yayılıb. Bakının mərkəzi küçələrinə yapışdırılmış mitinqə çağırış vərəqələrində belə yazılıb:
“Əziz həmvətənlər,
22 aprel 2012-ci il tarixdə saat 16-dan 18-dək Bakı şəhərində 20-ci yaşayış sahəsində, Elçin Əzizov küçəsində yerləşən Sürücülük məktəbinin təlim meydanında İctimai Palatanın razılaşdırılmış (icazəli) mitinqi olacaq.
Haqqsızlığa, özbaşnaılığa, rüşvətə və korrupsiyaya yox demək üçün,
Siyasi və vicdan məhuslarının azad olunması naminə,
Ailənizin, uşaqlarınızın, gələcəyinin təmin olunması üçün,
Siyasi islahatlara başlanılması istəyi ilə,
Ləyaqətli azad və firəvan həyat uğrunda mübarizəyə qoşulun, bu mitinqdə iştirak edin.
Evləri uçurulub küçəyə atılan, mülkü əlindən alının, əmanətinə xəyanət edilən sadə vətəndaşlar, haqqını tələb etdiyinə görə təzyiqlərə məruz qalan taksi sürücüləri, əmək haqqları minimum ehtiyac zənbilini ödəməyən müəllimlər, həkimlər, millətin vicdanı sayılan ziyalılar! Öz haqqınız, hüququnuz, mülkiyyətiniz, çörəyiniz üçün mübarizəyə qoşulun. Tək əldən səs çıxmaz. Bir yerdə olsaq bizə güc çatmaz.
Ey Azərbaycan gəncliyi bu millət, bu vətən sənə əmanətdir. Sənin əzminə, cəsarətinə ehtiyac var. Mitinqə gəl və azadlıq gətir.
Mitinqin keçirildiyi ünvana
- “28 May”, “Sahil” metrostansiyalarından və “AzNeft” dairəsindən – 88, 207, 120, 121, 124
- “Elmlər Akademiyası” metrostansiyasından – 5, 193
- “Xətai” metrostansiyasından – 121
- “20 Yanvar” metrostansiyasından – 205
- “Koroğlu” (keçmiş “Əzizbəyov”) m/stan-dan – 207
- Badamdar qəsəbəsindən – 34
- Yeni Avtovağzaldan – 5, 137 saylı marşrutlarla gələ bilərsiniz.
Təşkilat Komitəsi”.